Avro, funt və qızıl daha da ucuzlaşa bilər - GÜNƏ BAXIŞ
ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) sədri Jerom Pavelin ABŞ Konqresində verdiyi açıqlamalar və gözləntiləri üstələyən məşğulluq məlumatlarından sonra bağlanışda birjalarda bir qədər durğunluq müşahidə olunub.
Çərşənbə günü Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində Yarımillik Pul Siyasəti Hesabatı ilə bağlı təqdimatına davam edən Pavel, bankın 21-22 mart tarixlərində keçiriləcək iclası ilə bağlı heç bir qərar qəbul etmədiklərini, bu və gələn həftə açıqlanacaq iqtisadi - statistik məlumatların təhlil ediləcəyini bildirib.
Təqdimatının ilk günündə ABŞ Senatının Bankçılıq, Mənzil və Şəhər İşləri Komitəsindəki açılış nitqini təkrarlayan Pavel bütün məlumatların daha sürətli sərtləşdirmənin lazım olduğunu göstərməsi halında faiz artımlarının sürətini artırmağa hazır olduqlarını bir daha vurğulayıb.
Mart ayı toplantısına yanaşması ilə bağlı suala cavab olaraq isə sədr bu həftə açıqlanacaq əmək bazarına dair göstəricilərin, gələn həftə ərzində açıqlanacaq İstehsal (PPİ) və İstehlak (CPİ) Qiymətləri İndeksləri kimi iqtisadi - statistik rəqəmlərin əhəmiyyətinə toxunaraq bu göstəricilərin təhlil ediləcəyini qeyd edib. Sözügedən məlumatların qiymətləndirmələrində əhəmiyyətli olacağını vurğulayan Pavel - "Mart toplantısı ilə bağlı heç bir qərar verməmişik. Məlumatları görənə qədər bunu etməyəcəyik" - deyib.
ABŞ-da dünən açıqlanan məlumatlara görə, “JOLTS” boş iş yerlərininin sayı yanvar ayında bir əvvəlki aya görə 410 min azalaraq 10 milyon 824 minə düşsə də, bazar gözləntilərini aşdı.
Ölkədə özəl sektor məşğulluğu da fevral ayında bazar gözləntilərinin üzərində - 242 min nəfər artıb.
Digər tərəfdən, FED-in çərşənbə günü yayımladığı "Bej Kitab" hesabatında 2023-cü ilin əvvəlində ümumi iqtisadi aktivliyin "azca" artdığı bildirildi. Bir çox bölgələrdə qiymət artımlarının ləngiməsinə baxmayaraq, inflyasiya təzyiqlərinin geniş yayılmağa davam etdiyinə diqqət çəkilərək, qiymət artımlarının il boyu mülayim şəkildə davam edəcəyinin gözlənildiyi qeyd edilib.
Təhlillərə əsasən 105 bənd hədlərinə yüksələn dollar indeksində artım tendensiyası davam edərsə, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.04$ və 1.16$-a kimi ucuzlaşa bilər.
Bahalaşan dollar arşısında qızıl dəyər itirir. Hazırda 1813$-dan təklif edilən qiymətli metalın bir unsiya üzrə dəəyəri 1805$-ın altına düşsə, 1790$ və 1780$-a kimi ucuzlaşa bilər.
Məlumat “İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 6 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















