“Ziraat Bank Azərbaycan”ın qazancı 2 dəfə azaldı
“Ziraat Bank Azərbaycan” ASC 2017-ci ilin 1-ci yarısını 1 milyon 744 min manat xalis mənfəət ilə başa vurub. Bank 2016-cı ilin birinci yarısında bu ildəkindən 2 dəfə çox - 3 milyon 495 min manat xalis mənfəət əldə etmişdi.
“Marja” Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun ayları ərzində “Ziraat Bank Azərbaycan”ın cəmi gəlirləri (faiz və qeyri-faiz) 7 milyon 91 min manat təşkil edib. Bank ötən ilin ilk 6 ayı ərzində 5 milyon 982 min manat cəmi gəlir əldə etmişdi.
“Ziraat Bank Azərbaycan” ASC qeyri-faiz əməliyytları üzrə zərər edib. Belə ki, Bankın 2 milyon 69 min manat qeyri- faiz gəlirinə qarşı, qeyri-faiz xərcləri 2 milyon 865 min manat təşkil edib.
2016-ci ilin 1-ci yarısında 3 milyon 289 min manat xalis əməliyyat mənfəəti əldə etmiş bank, bu ilin eyni dövründə 2 milyon 804 min manat əməliyyat mənfəəti təmin edib. “Ziraat Bank Azərbaycan” ötən il ehtiyatlardan mənfəətə 206 min manat əlavə etdiyi halda, bu il əməliyyat mənfəətinin 684 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb. Bu, Bankda kredit və depozit itkisi ola biləcəyinə işarədir.
30 İyun 2017-ci il tarixində “Ziraat Bank Azərbaycan” ASC 154,4 milyon manat aktivlərə, 91,8 milyon manat öhdəliklərə, 62,6 milyon manat cəmi balans kapitalına və 61,5 milyon manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 132 milyon 195 min manat cəmi aktivlərə, 71 milyon 566 min manat cəmi öhdəliklərə və 60 milyon 629 min manat cəmi kapitala malik idi.
Ötən ilin sonu ilə müqayisədə Bankın kredit portfeli 54,7 milyon manatdan 65,8 milyon manata, depozit portfeli isə 37,9 milyon manatdan 47,3 milyon manata qalxıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 d. əvvəl
- 44 d. əvvəl
-
- 45 d. əvvəl
- 51 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər














.jpg)





