Azərbaycanın ən çox mal aldığı ölkənin valyutası bahalaşır
ABŞ Mərkəzi Bankı Fed-in sədri Janet Yellen inflyasiyaya dair açıqlamalarının faizin artırılacağına dair gözləntiləri azaldıb, bu da dolların qlobal miqyasda ucuzlaşmasına səbəb olub.
"Marja" xəbər verir ki, Dollar Türk Lirəsi (TL) qarşısında da geri çəkilib. Məzənnə dünən Yellenin açıqlamalarının ardından 1%-dən çox geriləyərək 3.59-dan 3.56-ı səviyyələrə qədər geriləyib.
Dolar/TL bu günə 3.56 səviyyələrdən başlayıb.
Yellen dünən inflyasiya mövzusunda narahat olduqlarını dilə gətirib, inflyasiyanı qeyri-müəyyənlik kimi qiymətləndirib. Bu vəziyyət faizin artırılacağı gözləntilərini azaldır və bununla bağlı olaraq dolların qlobal ucuzlaşma baş verib.
Fed sədri Yellenin bu gün saat 17:00-də ABŞ Təmsilçilər Məclisində də təqdimala çıxış edəcək Təqdimatın dünəndən fərqli olmayacağı və bu səbəblə bazara təsirinin də olmayacağı bildirilir.
Rusiya və Türkiyənin milli valyutalarının dəyərinin dəyişməsi Azərbaycana daha çox təsir edə bilər. Belə ki, Rusiya və Türkiyə Azərbaycanın ən iri ticarət tərəfdaşlarıdır.
“Marja” Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu ilin birinci yarısında Azərbaycan ən çox malları Rusiya (661,5 milyon dollar), Türkiyə (574,2 milyon dollar) və Çindən (335,4 milyon dollar) idxal edib.
Azərbaycanın ən çox mal ixrac etdiyi ölkələr isə İtaliya (1,2 milyard dollar), Türkiyə (615,5 milyon dollar), Çin (340,5 milyon dollar) və Rusiyadır (289,8 milyon dollar). Azərbaycanın ixracı əsasən neft və qaz ilə bağlıdır.
Birinci yarım ildə Azərbaycanın Rusiyadan idxalı 19,4%, Türkiyədən idxalı isə 16,8% artıb.
Rusiya və Türkiyənin milli valyutalarının dəyər qazanması Azərbaycana bu ölkələrdən idxal olunan malların bahalaşmasına, dəyərdən düşməsi isə ucuzlşamasına səbəb olur. İxracda isə tərsinə proses baş verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)



