“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət - ZAVOD İNŞA OLUNACAQ
“Holcim (Azərbaycan)” ASC “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti olub. Şirkət tərəfindən əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa olunacaq, sement satışı üzrə terminal təşkil ediləcək.İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni rezident - “Holcim (Azərbaycan)” ASC qeydiyyata alınıb.
Marja.az Agentliyə istinadən xəbər verir ki, yeni rezident tərəfindən Sənaye Parkının 5 hektar ərazisində əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa olunacaq, eləcə də sement satışı üzrə terminal təşkil ediləcək.
İnvestisiya dəyəri 3,4 milyon manat olan müəssisədə 20 nəfərdən çox insanın daimi işlə təmin olunması planlaşdırılır. İstehsal ediləcək məhsulların daxili bazarda satışı nəzərdə tutulur.
Qeyd: İndiyə qədər Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 3 sahibkarlıq subyekti rezident, 1 sahibkarlıq subyekti isə qeyri-rezident kimi qeydiyyatdan keçib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
Azərbaycan “Vestas Wind Systems” şirkətilə əməkdaşlıq məsələlərini müzakirə edib
-
-
8 saat əvvəl
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
-
8 saat əvvəl
Prezident İlham Əliyev Braziliyanın “BTG Pactual” şirkətinin sədri ilə görüşüb
-
12 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
- 13 saat əvvəl
-
13 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
13 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Prezident İlham Əliyev “DP World” şirkətinin direktoru ilə görüşüb
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Ən çox oxunanlar
Azərbaycanda broyler toyuğu necə yetişdirilır?
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb



























