"Ata Sığorta" "zərər bataqlığından" çıxa bilməyib
"Ata Sığorta" ASC 2022-ci ili 575 min 354 manat xalis zərər ilə başa vurub. Şirkət 2021-ci ili 2 milyon 265 min manat xalis zərər ilə bağlamışdı. Xalis zərərin azalmasına əsas təsiri işlərin aparılması xərclərinin azaldılması göstərib. Belə ki, 2021-ci ildə işlərin aparaılması xərcləri 7 milyon 126 min manat ikən, 2022-ci ildə 4 milyon 460 min manata düşüb (2 milyon 666 min manat azalma). Əgər işlərin aparaılması xərcləri azaldılmasaydı, ötən il "Ata Sığorta"nın topladığı sığorta haqları kəskin azaldığından xalis zərəri daha böyük məbləğdə ola bilərdi. Həmçinin, sığorta ehtiyatından gəlirə əlavə edilən vəsaitin artması da şirkətə kömək edib.
Marja xəbər verir ki, ötən il "Ata Sığorta"nın cəmi əməliyyat gəlirləri 11 milyon 76 min manat cəmi əməliyyat xərcləri 11 milyon 651 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən Şirkət ötən ili zərər ilə bağlayıb.
2022-ci ildə "Ata Sığorta"nın topladığı sığorta haqları 5 milyon 311 min manat, sığorta ödənişləri isə 5 milyon 394 min manat olub. Həmçinin ötən il Şirkət 1 milyon 108 min manat investisiya gəlirləri əldə edib, 3 milyon 411 min manat ehtiyatdan azad olan vəsait gəlirə aid edilib (2021-ci ildə müvafiq olaraq 1 milyon 297 min manat və 1 milyon 418 min manat).
Qeyd edək ki, 2021-ci ildə "Ata Sığorta"nın cəmi əməliyyat gəlirləri 11 milyon 575 min manat, cəmi əməliyyat xərcləri 18 milyon 17 min manat təşkil etmişdi. Şirkət 2021-ci il ərzində 11 milyon 952 min manat sığorta haqları hesablamış, 8 milyon 532 min manat sığorta ödənişləri həyata keçirmişdi.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
41 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 44 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























