Bu təsərrüfatda 10 ton nərə kürüsü, 200 ton nərə əti istehsal edilməsi nəzərdə tutulur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar.
Marja xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma zavodda yaradılan şərait barədə məlumat verilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hazır məhsullara baxıblar.
Bildirilib ki, S.Q.Kərimov adına Kür-təcrübi nərə balıqartırma zavodu 1954-cü ildə istismara verilib və özəlləşdirilənədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərib. Özəlləşdirildikdən sonra müəssisədəki 34 nohur tam yenidən qurulub, qapalı su çevrəsi əsasında fəaliyyət göstərən texnologiya alınıb, hovuzlar təmir olunub və yeni hovuzlar quraşdırılıb. Həmçinin yeni idarə binası, yeməkxana və “Qonaq evi” binası müasir səviyyədə inşa olunub, su təchizatı sistemi yenilənib, ərazi abadlaşdırılıb.
Diqqətə çatdırılıb ki, investisiya proqramının icrası nəticəsində müəssisənin Xəzəryanı dövlətlər arasında ilk dəfə olaraq nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatının yaradılmasına nail olunub.
Müəssisəyə 16 milyon manata yaxın vəsait yatırılıb, 90-dək yeni iş yeri yaradılaraq, işçilərin ümumi sayı 115 nəfərə çatdırılıb. Onların orta aylıq əməkhaqqı 600 manat təşkil edir.
Vurğulandı ki, hazırda müəssisə tam özəl sahibkarlıq subyekti olduğundan “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı adlanır. Müəssisə 1 əsas və 2 yardımçı təsərrüfatdan ibarətdir.
Əsas təsərrüfat Neftçala rayonunun Yenikənd kəndində yerləşir və ümumi sahəsi 58,6 hektar təşkil edir. Təsərrüfat nohurlardan, qapalı su çevrəsi təchizatı sistemindən və müxtəlif hidrotexniki qurğulardan, o cümlədən sudurulducu sistemlərdən ibarətdir.
Hollandiyanın tanınmış şirkətlərindən biri tərəfindən qurulmuş qapalı su çevrəsi sistemi müxtəlif yaş qruplarına aid balıqların yetişdirilməsi üçün hovuzları, suyun tərkibini nəzarətdə saxlama sistemini və qurğularını özündə birləşdirir. Balıq saxlanılması, artırılması və yetişdirilməsi üçün 34 nohurun ümumi sahəsi 34 hektardır.
Təsərrüfatın “Dəniz sahili bölməsi”nin ümumi sahəsi 8 hektardır və Xəzər dənizinin sahilində, Nord-Ost qoltuq istiqamətində yerləşir. Təbii mühit şəraitinə uyğunluğu təmin etmək məqsədilə bu bölmə dəniz suyu ilə təchiz olunan və diametri 6 metr olan 12, diametri 9 metr olan 16 və diametri 20 metr olan 32 hovuzdan ibarətdir. Hazırda bu hovuzlarda müxtəlif yaş qruplarına aid ümumi kütləsi 61,7 ton olan nərə cinsli 18 min 400 balıq yetişdirilir.
Qeyd edildi ki, təsərrüfatda il ərzində 10 ton nərə cinsli balıq kürüsü, 200 ton nərə cinsli balıq əti, 100 ton əmtəəlik çəkikimi balıqların istehsal edilməsi nəzərdə tutulur. Nərəcinsli balıqların faktiki istehsalı 65 ton, kürü məhsulu isə 1,327 ton təşkil edir.
Bioloji müxtəlifliyin qorunması və nəsli kəsilməkdə olan balıq növlərinin bərpası məqsədilə 1 milyon ədəd nərəcinsli balıq körpəsinin artırılaraq, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Xəzər dənizinə buraxılması da layihədə yer alıb.
“Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı ilə bağlı layihənin icrası zamanı sosial yönümlü tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub və bu tədbirlərin bir hissəsi artıq yerinə yetirilib. Belə ki, Yenikənd kəndi və Bankə qəsəbəsində yollar abadlaşdırılıb, su təchizatı sistemi qurulub, işıq və qaz təminatı bərpa edilib.
Təsərrüfatın yenidən qurulması zamanı bütün texniki-bioloji normativlərə və qaydalara riayət olunub. Mövcud yerli və beynəlxalq qanunvericilik çərçivəsində fəaliyyət göstərməsi üçün Ətraf mühit və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi və Texniki-Bioloji Əsaslandırılma hazırlanıb, istehsal və satış üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “İSO- 22000” və “Halallıq” beynəlxalq sertifikatları alınıb.
Eyni zamanda, kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (CİTES) katibliyinin icazə kodu alınıb.
Qeyd edək ki, 2022-ci ildə təsərrüfatda ümumilikdə 2 milyon 101 min 468 manat dəyərində 50 min 731 ton balıq və balıq məhsulları istehsal olunub və satılıb.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 8 saat əvvəl
-
-
9 saat əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
11 saat əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank iyunun 22-dən yeni inzibati binada fəaliyyətini davam etdirəcək
-
12 saat əvvəl
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
-
12 saat əvvəl
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
Ən çox oxunanlar
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
Nuran Kərimov "AmCham Azərbaycan"ın yeni Prezidenti seçilib





















