Azərbaycanda dərman zavodu tikilləcək - DÖVLƏT ŞİRKƏTİ TÜRKİYƏ ŞİRKƏTİLƏ MÜQAVİLƏ İMZALADI
Azərbaycan İnvestisiya Şirkəti və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq müqaviləsinə əsasən vacib əczaçılıq məhsullarının yerli istehsal hesabına idxalının əvəzlənməsinə və istehlak bazarında sərfəli şərtlərlə əldə edilməsinə töhfə məqsədilə Azərbaycanda əczaçılıq məhsulları zavodunun tikilməsi planlaşdırılır.
İqtisadiyyat Nazirliyində Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti ilə görüş keçirilib.
Marja Nazirliyə istinadən xəbər verir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirilmiş görüşdə şirkətlə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Tədbirdə vurğulanıb ki, dövlət başçılarının siyasi iradəsi, dostluq və qardaşlıq münasibətləri, verdikləri tapşırıqların icrası iqtisadi əməkdaşlıq potensialından səmərəli istifadə edilməsində önəmlidir. Azərbaycan və Türkiyə arasında uğurlu iqtisadi-ticarət və investisiya tərəfdaşlığının həyata keçirildiyi diqqətə çatdırılıb. Ölkəmizin əsas ticarət tərəfdaşlarından olan qardaş ölkə ilə Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi isə iqtisadi-ticarət əməkdaşlığımızın gücləndirilməsinə əlavə stimul yaradacaq. Bildirilib ki, Türkiyə şirkətləri ilə tərəfdaşlığın gücləndirilıməsi və qarşılıqlı faydalı birgə layihələrin gerçəkləşdirilməsi istiqamətində səmərəli addımlar atılır. Əczaçılıq sahəsində əməkdaşlıq da bu baxımdan əhəmiyyət kəsb edir. Bu sahədə əməkdaşlıq Azərbaycanda əczaçılıq məhsullarının istehsalı imkanlarını artıra bilər.
Tədbirdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC və “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Layihənin əsas məqsədi vacib əczaçılıq məhsullarının yerli istehsal hesabına idxalının əvəzlənməsinə və istehlak bazarında sərfəli şərtlərlə əldə edilməsinə töhfə verməkdir. Sənədə əsasən, Azərbaycanda əczaçılıq məhsullarının istehsalı üzrə zavodun tikilməsi planlaşdırılır. Zavodun istehsal etdiyi məhsulların daxili bazarla yanaşı, qonşu ölkələrə də ixracı nəzərdə tutulur.
Qeyd: “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan, 20 ildən çox təcrübəyə malik aparıcı şirkətidir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 d. əvvəl
- 1 gün əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
Son Xəbərlər

Rəsmi məzənnələr açıqlandı

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Ən çox oxunanlar

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
