Avro Zonasında inflyasiya ECB hədəfindən uzaqlaşdı
Avropa Statistika Ofisinin (Eurostat) yekun məlumatlarına görə, 19 üzvlü Avro Bölgəsində mayda 1,4 faiz olan illik inflyasiya, ötən ay 1,3 faiz olaraq ölçülüb.
"Marja" xəbər verir ki, illik inflyasiya mayda 1,9%-dən 1,4%-ə geriləmişdir. Azalmanı iki aydır davam etdirən illik inflyasiya, 2017-nin ən aşağı səviyyəsinə enib.
Vahid valyuta ittifaqında iyun ayında yekun baza inflyasiya 1,1%-llik bazar gözləntisinin üzərində - illik 1,2 faiz artıb.
Avro Bölgəsində iyun ayında illik inflyasiyaya ən çox müsbət təsiri yerləşdirmə xidmətləri, tətillər və tütün edib, telekommunikasiya, sosial təminat, çörək və taxıllar isə ən çox aşağı istiqamətli təsir edib.
AB-də illik inflyasiya 18 ölkədə azalıb
28 üzvlü Avropa Birliyində (AB) illik inflyasiya maydakı 1,6%-dən iyunda 1,4%-ə geriləyib.
AB-də iyunda ən aşağı illik inflyasiya faizi mənfi 0,6% ilə İrlandiya, 0,4 faiz ilə Danimarka və 0,7% ilə də Rumıniyada qeyd edilib. Ən yüksək illik inflyasiyaya malik ölkə 3,5% ilə Litva olub.
Bir əvvəlki ay ilə müqayisədə AB-də, iyunda illik inflyasiya 18 ölkədə azalıb, 3 ölkədə dəyişməyib və 6 ölkədə də artıb.
Digər tərəfdən, ECB, Avro Bölgəsində bu il üçün orta 1,7%-lik inflyasiya gözləntisini 1,3%-ə endirmişdi.
Avro Zonasında pul siyasətini həyata keçirməyə cavabdeh olan Avropa Mərkəzi Bankı (AMB, ECB), regionda qiymət sabitliyini təmin etmək üçün 2%-ə yaxın səviyyədə inflyasiya hədəfləyir. Bank, bu istiqamətdə aylıq 60 milyard avroluq qiymtli kağız alışı proqramı və aşağı faiz siyasətini da əhatə edən bir sıra tədbirlər həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























