Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu-2023” baş tutdu
Lider mobil operator yarışın qaliblərini mükafatlandırdı
May ayının 7-si Heydər Əliyev Fondunun təşəbbüsü və “Azercell Telekom” MMC-nin eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu – 2023” baş tutdu. 19500 idmansevər “Küləyə qalib gəl” şüarı altında həyata keçən, start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olan bu yarışa qatıldı. Həm Azərbaycandan, həm də dünyanın fərqli ölkələrindən marafonçuları bir araya gətirən tədbirdə yarışçılar 21 kilometr məsafəni qət etdi.
Azercell-in dəstəyilə keçirilən marafonda rəqəmsal xronometrdən (timekeeper) istifadə olunub. Marafonçuların nişan nömrələrinə yerləşdirilmiş bu xüsusi mikroçiplər nəticələrin maksimal dəqiqliyini təmin edərək onların dərhal qeydə alınmasını mümkün edib.
Azercell idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi ilə 2017-ci ildən etibarən bu mötəbər tədbirə tərəfdaşlıq edir. Ənənəvi olaraq bu il də təşkil edilən marafona “Azercell Telekom” MMC-nin prezidenti və rəhbər heyəti, eləcə də şirkət əməkdaşları və Azercell-in korporativ abunəçiləri qatıldı.
“Azercell Telekom” azərbaycanlı qalibləri xüsusi hədiyyələrlə mükafatlandırdı. Mobil operator finiş xəttini keçən ilk üç qadın və üç kişi atletə mobil telefon hədiyyə etdi. Ənənəyə sadiq qalaraq tədbirin tələbə iştirakçıları da diqqət mərkəzində oldu. Azercell qalib tələbələrə (bir qadın və 1 kişi olmaqla) 010 prefiksli gözəl nömrə, 5GB İnternet, 6 aylıq pulsuz istifadə müddəti olan “GəncOl” tarif paketi və çanta təqdim etdi. Digər marafonçulara da şirkət tərəfindən xüsusi hədiyyələr verildi.
Müştərilərin xəbərləri

“Citycard” istifadəyə verilir. Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 33 d. əvvəl
- 42 d. əvvəl
-
53 d. əvvəl
Azərbaycan daha bir beynəlxalq vençur fondu ilə danışıqlar aparır
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
OpenAI-nin gəlirləri ilin ilk yarısında 16% artaraq 4,3 milyard dollara çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Ən çox ixrac gəliri əldə edən özəl Azərbaycan şirkəti

Azərkosmos-dan 8 ayda 11,6 milyon dollarlıq ixrc

Müəllimlər üçün KOMİSSİYASIZ KREDİT

Qızıl 1-ci, pomidor 2-ci, pambıq lifi 3-cü olub

Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar

Sumqayıtda yığılan ilk elektrik avtobusu “BakuBus”a təqdim olunub

"Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

“PAŞA Holding”in təşkilatçılığı ilə “INMerge” İnnovasiya Sammitinin birinci günü başa çatıb - FOTOLAR

ABB SIBOS 2025 beynəlxalq konfransında!

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Avropa Bankının 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - TARİX AÇIQLANDI
