Çin və ABŞ arasında ticarət 11,2% azalıb
Onun həcmi 217,9 milyard dollar təşkil edibBu ilin yanvar-aprel aylarında Çin və ABŞ arasında ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,2% azalaraq 217,9 milyard dollar təşkil edib.
Marja xəbər verir ki, bu barədə çərşənbə axşamı Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi bildirib.
Gömrük saytında dərc olunan məlumatlara görə, bu dövrdə Çindən ABŞ-a ixrac 14,3% azalaraq 158,25 milyard dollar təşkil edib. Eyni zamanda, ABŞ Çinin ən böyük ticarət tərəfdaşı olaraq qalır.
Apreldə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi mart ayı ilə müqayisədə 5,7% azalaraq 56,36 milyard dollar təşkil edib. Çin ABŞ-a 43,02 milyard dollar dəyərində mallar tədarük edib. ABŞ-dan Çinə idxal 13,34 milyard dollar təşkil edib.
2021-ci ildə Çin-ABŞ ticarəti 28,7% artaraq 755,64 milyard dollar, 2022-ci ildə isə 0,6% artaraq 759,4 milyard dollar təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 4 gün sonra
-
-
10 d. əvvəl
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
-
22 d. əvvəl
Azərbaycan şirkəti satışdan 266 milyon dollar gəlir əldə etdiyini açıqladı
- 26 d. əvvəl
-
27 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
55 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Dövlət şirkəti 100 milyon dollardan çox əməliyyat mənfəəti açıqladı
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Kənd təsərrüfatı, nəqliyyat-rabitə, sənaye və istehsal üzrə bank kreditlərində azalma müşahidə olunub
Ən çox oxunanlar
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon




























