Qazaxıstan neftinin Bakı limanına nəqlinin həcmi 75 % artıb
Bakı limanına nəql olunan Qazaxıstan neftinin həcmi aprel ayında 75 % artıb.
Qazaxıstan mətbuatı xəbər verir ki, bu barədə “KazTransOil” şirkəti məlumat yayıb.
“Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin artması Bakı limanı istiqamətində daşınan xammalın həcminin 87 min tondan 152,4 min tona, yaxud 2023-cü ilin mart ayı ilə müqayisədə 75 % artması ilə bağlıdır”, - məlumatda deyilir.
Ümumilikdə, Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcmi aprel ayında 60,5 min ton və ya 25 % artaraq 312,6 min tona çatıb.
Bundan əlavə, aprel ayında Aktau limanından Mahaçqala limanına 160,2 min ton neft göndərilib.
Daha əvvəl “KazMunayQaz” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında “Tengiz” yatağında hasil edilən illik 1,5 milyon ton neftin Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə nəqlini nəzərdə tutan saziş imzalanıb.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
23 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
24 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 32 d. əvvəl
-
56 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir

























