Məhsulları Azərbaycanda da satılan Türkiyə şirkəti birinci rübdə 78 milyon manat xalis mənfəət əldə edib
Ötən ilin ilk rübündə 470,7 milyon TL (türk lirəsi) zərər açıqlayan Türkiyə şirkəti "Ülker", 2023-cü ilin ilk rübündə 895,6 milyon TL xalis mənfəət əldə edib.
Marja xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan analitiklərin gözləntisi birinci rübdə xalis mənfəətin 454 milyon lirə olacağı idi.
İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) göndərilən açıqlamaya görə, "Ülker Bisküvi"nin bu ilin ilk rübündə dövriyyəsi 10,1 milyard TL-yə (880 milyon manat) çatıb. Şirkətin Türkiyə əməliyyatlarının dövriyyədə payı 66 faiz, ixrac və beynəlxalq əməliyyatların dövriyyədə payı isə 34 faiz təşkil edib.
Şirkətin ilk rübdə xalis mənfəəti 895,6 milyon TL (78 milyon manat) olub. Ötən ilin ilk rübündə şirkət 470,7 milyon TL (41 milyon manat) zərər açıqlamışdı.
Qeyd edək ki, "Ülker" şirkətinin məhsulları da Azərbaycan bazarında satılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
23 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
24 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 32 d. əvvəl
-
56 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir






























