Lizinq şirkəti "Partner Finance" da kapital bazarından borc alır
"Partner Finance" Qapalı Səhmdar Cəmiyyəti istiqraz yerləşdirilməsi yolu ilə 500 min manat cəlb etməyi planlaşdırır.
Marja.az xəbər verir ki, "Partner Finance" QSC hər birinin nominal dəyəri 1000 Azərbaycan manatı olan 500 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar biraxır.
Tədavül müddəti 3 il olan istiqrazlar üzrə illik gəlirlilik təklifi 10%-dir. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən ildə bir dəfə ödəniləcəkdir.
Yerləşdirmənin anderrayteri “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
"Partner Finance" QSC maliyyə lizinqi bazarında rəqabət aparır. Təşkilat daşınar və daşınmaz əmlakların maliyyı lizinqinə verilməsi sahəsində fəaliyyət göstərir.
"Partner Finance" QSC-nin nizamnamə kapitalının 100%-i Nübuvvət Rzayevə məxsusdur.
2022-ci ilin sonunda "Partner Finance" 8 milyon 75 min 196 manat cəmi aktivlərə, o cümlədən 6 miylon 462 min 29 manat kredit portfelinə malik olub. Şirkət ötən ili 496 min 722 manat xalis mənfəət ilə başa vurub.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 53 d. əvvəl
-
-
59 d. əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub


























