Gəncədə əsas kapitala yönəldilən vəsait 67,5 faiz artıb
2023-cü ilin yanvar-mart ayları üzrə Gəncə şəhərində Əsas kapitala yönəldilmiş investisiyalar və tikinti müəssisələrinin işi haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən Marjaya daxil olmuş məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlər. Gəncə şəhərində 2023-cü ilin yanvar-mart aylarında əsas kapitala 19,72 milyon manat və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 67,5 faiz çox vəsait yönəldilmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 75,7 faizi dövlət, 24,3 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 17,05 milyon manatı və ya 86,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 73,1 faiz artmışdır.
Tikinti müəssisələrinin fəaliyyəti. Gəncə şəhərində 2023-cü ilin yanvar-mart aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin dəyəri 8,9 milyon manat təşkil etmiş və ümumi tikinti işlərinin 4,5 milyon manatını, yaxud 50,8 faizini hüquqi şəxslər tərəfindən yerinə yetirilmiş işlər, 4,4 milyon manatını və ya 49,2 faizini isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yerinə yetirdiyi işlər təşkil etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur









.jpg)








