OPEC-in müqaviləsi pozulur, ABŞ-da ehtiyatlar artır
100 000 $ VİRTUAL PUL İLƏ FOREX-DƏ TİCARƏT ET, TƏCRÜBƏ QAZAN
Neft qiymətləri, ABŞ-da sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) ehtiyatların artdığını qeyd etməsinin ardından geriləyib.
"Marja" xəbər verir ki, neft qiymətləri 0.3 faiz düşüb və Çərşənbə axşamı günü 0.8%-lik qazancının bir hissəsini geri verib. API-nin məlumatlarına görə, ABŞ-da neft ehtiyatları ötən həftə 1.63 milyon barel artıb.
ABŞ-da Çərşənbə günü Enerji İnformasiya İdarəsinin (EIA) açıqlayacağı rəsmi məlumatların, analitiklərin proqnozlarına görə, ehtiyatların ötən həftə 3.5 milyon barrel düşdüyünü və son 15 həftədə 13-üncü dəfə gerilədiyini göstərməsi gözlənilir.
OFİS LƏVAZİMATLARININ ƏN UCUZ SATILDIĞI MAĞAZALAR
Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının, yüksək səviyyədə olan qlobal ehtiyatlar şəraitində, istehsalı azaltmalarına baxmayaraq neft 50 dollardan aşağı qiymətlərə alıcı tapır. OPEC üzvü Ekvadorun hasilatın azaldılması razılaşmasına əməl etməyəcəyini açıqlamasının ardından, müqavilənin pozula biləcəyinə dair narahatlıqlar artır.
"Ekvadorun müqaviləyə tabe olmayacağını açıqlaması narahatlıqları artırır. Çünki bu ölkənin çıxması, digərlərinin də çıxmasına səbəb ola və müqaviləni təhlükəyə sala bilər",- analitiklər bildirirlər.
Bakı vaxtı il saat 07:30- olan məlumata görə, Qərbi Texas nefti (WTI) Nymex birjasında 13 sent düşərək 46.27 dollara, Brent nefti Londonda ICE Futures Europe birjasında 11 sent və ya 0.3 faiz düşərək 48.73 dollara enib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























