SOCAR-ın prezidenti bir neçə xarici neft-qaz şirkətinin rəhbərlərilə görüşüb
SOCAR ilə “Uzbekneftegaz” arasında neft, neft-kimya, qaz-kimya və digər neft məhsullarının ticarət və logistikasına dair Niyyət Protokolu imzalanıb.SOCAR-ın prezidenti Rövşən Nəcəf “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə görüşüb
31 may 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin iyun ayında Özbəkistana dövlət səfərinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Dövlət başçıları tərəfindən qəbul olunan qərarların və verilən tapşırıqların icrası istiqamətində ötən dövr ərzində önəmli addımların atıldığı ifadə edilib.
Bu xüsusda ötən ilin iyul ayında SOCAR ilə “Uzbekneftegaz” arasında əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritəsi”nin strateji əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə görülən işlər nəzərdən keçirilib.
Görüş çərçivəsində neft-qaz sektorunda əməkdaşlıq imkanları, neft və neft-kimya məhsullarının ticarəti, rəqəmsal və innovativ texnologiyaların tətbiqi, əməyin sağlamlığı və təhlükəsizliyi, təcrübə mübadilələrinin aparılması və qaşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda SOCAR ilə “Uzbekneftegaz” arasında neft, neft-kimya, qaz-kimya və digər neft məhsullarının ticarət və logistikasına dair Niyyət Protokolu imzalanıb.
SOCAR-ın prezidenti Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru ilə görüşüb
31 may 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiyası üzrə direktoru Kristina Lobillo Borrero ilə görüşüb.
Görüşdə Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji rol oynadığı vurğulanıb, Azərbaycan qazının ixrac həcmlərinin artırılması baxımından dəhlizin genişləndirilməsinin vacib olduğu bir daha qeyd edilib.
Bu xüsusda, 2022-ci ilin iyul ayında “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının, habelə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin, SOCAR ilə “Romgaz S.A.” arasında qaz tədarükünə dair müqavilənin, “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları ilə SOCAR arasında əməkdaşlığın təşviqinə dair “Anlaşma Memorandumu”nun və perspektivdə nəzərdə tutulan digər layihələrin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğrundan digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
SOCAR-ın prezidenti Rövşən Nəcəf “Petrovietnam” şirkətinin vitse-prezidenti Le Xuan Huyen ilə görüşüb
31 may 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Petrovietnam” şirkətinin vitse-prezidenti Le Xuan Huyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Vyetnam arasında əməkdaşlıq əlaqələrinin tarixi köklərə dayandığı, Vyetnam Sosialist Respublikasının ilk Prezidenti Xo Şi Minin 1959-cu ildə Azərbaycana səfəri və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə xalqlarımız arasında dostluq münasibətlərinin əsasının qoyulduğu vurğulanıb.
Görüş çərçivəsində, həmçinin xam neftin ticarəti sahəsində uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, Azərbaycanda təhsil alan tələbələr, həyata keçirilən birgə layihələrin genişləndirilməsi, neft, qaz və bərpa olunan enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb
31 may 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.
Görüşdə SOCAR ilə bp arasında qarşılıqlı səmərəli əməkdaşlıqdan, strateji tərəfdaşlıqdan məmnunluq ifadə edilib.
Görüş çərçivəsində mövcud və perspektivdə nəzərdə tutulan neft-qaz layihələri üzrə əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib, bərpaolunan enerji layihələrinə, insan kapitalı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsinə və qaşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
4 saat əvvəl
Banklarda bazar risklərinin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsi təsdiq edilib
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
-
7 saat əvvəl
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
- 7 saat əvvəl
-
7 saat əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB
KİV: İrandakı etirazlarda ölənlərin sayı 3 minə çatıb
“Azneft”dən hava şəraitinin dəyişməsi ilə bağlı açıqlama
Gümüş rekorddan "doymur"
Bu bankda əhalinin depozitləri 655 milyon manatdan çox artıb
Ən çox oxunanlar
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"



















