Azərbaycan Mərkəzi Bankı hüquqi şəxslər yarada biləcək
Azərbaycan Mərkəzi Bankına (AMB) ərazi idarələri açmaqla yanaşı hüquqi şəxslər yaratmaq səlahiyyətinin də verilməsi təklif edilir.
Bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, AMB öz məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar, maliyyə bazarları infrastrukturunun fəaliyyətinin təmin edilməsi, habelə maliyyə bazarlarında çalışan əməkdaşların ixtisaslarının artırılması məqsədilə hüquqi şəxslər yaratmaq və (və yaxud) onlarda iştirak etmək hüququna malik olacaq.
Azərbaycan Mərkəzi Bankı saziş və müqavilələr bağlaya biləcək
Azərbaycan Mərkəzi Bankına (AMB) saziş və müqavilələr bağlamaq hüququnun verilməsi təklif edilir.
Bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, AMB məqsəd və funksiyalarından irəli gələn məsələlər üzrə xarici dövlətlərin mərkəzi bankları, beynəlxalq maliyyə-kredit təşkilatları və bu Qanunda nəzərdə tutulmuş qurumlarla öz adından əməkdaşlıq haqqında müqavilələr, həmçinin xaricdə yerləşən dövlət və özəl klirinq (prosessinq) idarələri ilə klirinq və hesablaşmalar haqqında sazişlər və başqa müqavilələr bağlaya bilər.
AMB-nin aktivlərinin və passivlərinin yenidən qiymətləndirilməsi qaydası dəyişir
Azərbaycan Mərkəzi Bankının (AMB) aktivlərinin və passivlərinin yenidən qiymətləndirilməsi qaydasının dəyişdirilməsi təklif edilir.
Bu, “Mərkəzi Bank haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, manatın məzənnəsinin və qızılın dəyərinin dəyişməsi ilə əlaqədar hesabat ili ərzində AMB-nin balansında xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində yaranan gəlir (reallaşdırılmamış gəlir) yenidən qiymətləndirmə üzrə ehtiyatlara aid edilir və AMB-nin kapital ehtiyatları və mənfəətinin sərbəst qalığının hesablanmasında nəzərə alınmır.
Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərər əvvəlki dövrlərdə yenidən qiymətləndirmə üzrə ehtiyatlar hesabına ödənilir, bu ehtiyatlar kifayət etmədikdə isə AMB-nin kapital ehtiyatları hesabına təmin olunur.
© Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 20 saat sonra
-
- 57 d. əvvəl
-
1 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
1 saat əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı









.png)













