"Qarabağda çalışan iş adamlarının çoxu şikayət edir"
"Qarabağda çalışan iş adamlarının çoxundan onlara ödənişlərdə gecikmələr olması ilə bağlı şikayətlər qəbul edirik".
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Elnur Allahverdiyev deyib.
"Büdcənin açılması və bağlanması məsələləri var. Bunu biz işçi heyətimizlə müzakirə edə bilərik, amma iş adamına izah etmək olmur. Dünyada gedən inflyasiya, kataklizmalar ona gətirib çıxarıb ki, biznesin Qarabağda işləməyə həvəsi azalmağa başlayıb. Həmin şirkətlərin adlarını da çəkə bilərəm. Onlar öz vəsaitlərindən istifadə edir və söz verir ki, bu işi bu vaxta qədər görəcəyik. Amma geri ödəmə çox vaxt olmur. Bu da onunla əsaslandırılır ki, büdcə açılmayıb. Onlar bunu başa düşmür. İş adamı bilməlidir ki, bu gün gördüyü işin pulu müəyyən müddətdən sonra veriləcək, ya da bilməlidir ki, ümumiyyətlə verilməyəcək və işi götürməsin", - deyə o qeyd edib.
Deputatın dediklərinə münasibət bildirən parlamentin komitə sədri Tahir Mirkişili isə deyib ki, İqtisadiyyat Nazirliyi dövlət büdcəsindən daxili ödəmələrlə bağlı yeni qanun layihəsi hazırlayacaq: "Təkcə podratçılara ödənişlərlə deyil, həmçinin daxili ödəmələr, ödəniş qəbzləri ilə bağlı müəyyən problemlər var. Sözügedən layihədə bütün bu məsələlər nəzərə alınacaq".
İqtisadiyyat nazirinin I müavini Elnur Əliyev isə bildirib ki, həqiqətən də podratçı şirkətlər maliyyə problemləri ilə üzləşirlər və nazirliyə müraciət edirlər: "İnvestisiya proqramında nəzərdə tutulan işlər üzrə bütün ödənişlər edilib. Bəzən olur ki, proqramda nəzərdə tutulandan kənar işlər görülür və həmin işlər cari il üçün proqramda olmur. Sonra da podratçılar deyirlər ki, pulumuzu verin".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























