Xüsusi notariusların istirahət günlərində xidmətlərinin dəyəri yeni qaydada hesablanacaq
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 13.02.2019-cu il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi notarius tərəfindən notariat hərəkətlərinin iş vaxtından sonra, istirahət və ya bayram günlərində aparılması Qaydası”na dəyişiklik edilib.
Bu barədə Ədliyyə Nazirliyinin Kollegiyası qərar qəbul edib.
Qərara əsasən, xüsusi notariuslarda xidmət haqqına dəyişiklik olunub. Belə ki, xidmətə sərf edilən bir saatlıq əməyin dəyəri Azərbaycan Respublikasında fəaliyyət göstərən notariusların cəminin əvvəlki il üzrə bir saatlıq orta gəlirlərinin (icbari ödənişlərin hesablanması üçün müəyyən edilən) Bakı şəhəri üzrə 0,3 mislinə, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə 0,2 mislinə, digər regionlar üzrə isə 0,15 mislinə bərabərdir.
Xüsusi notariuslar tərəfindən xidmətə görə haqqın məbləğinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasında fəaliyyət göstərən notariusların cəminin əvvəlki il üzrə bir saatlıq orta gəlirləri (icbari ödənişlərin hesablanması üçün müəyyən edilən) barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsi tərəfindən hər ilin yanvar ayının 10-dək “Elektron notariat” informasiya sistemi vasitəsilə onlara göndərilir”.
Qeyd edək ki, bundan əvvəl xidmətə sərf edilən bir saatlıq əməyin dəyəri hər bir notariusun əvvəlki il üzrə bir saatlıq orta gəlirinin (icbari ödənişlərin hesablanması üçün müəyyən edilən) 2 mislinə bərabər idi.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 47 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
























