Mərkəzi Bankın sədrindən "sabit məzənnə rejimi" açıqlaması
"Azərbaycanda sabit məzənnə rejimi birmənalı olaraq özünü doğruldur. Sabit məzənnə rejimi inflyasiyaya azaldıcı təsir edir"
Sabit məzənnə rejimi inflyasiyaya azaldıcı təsir edir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, Mərkəzi Bankın əsas siyasəti qiymətlərin sabitliyi, makroiqtisadi sabitliklə bağlıdır: “Ölkəmizin makroiqtisadi sabitliyinin təmin edilməsi üçün hansı siyasət tələb olunacaqsa, biz onu edəcəyik. Bu gün tələb sabit məzənnə rejimidir”.
Taleh Kazımov qeyd edib ki, Azərbaycanda sabit məzənnə rejimi birmənalı olaraq özünü doğruldur.
"Əsas tərəfdaş ölkələrdə milli valyutanın ucuzlaşması onlardan Azərbaycana idxal edilən məhsulların qiymətlərinə azaldıcı təsir göstərib. Sabit məzənnə rejimi həm də inflyasiya baxımından özünü doğruldur", - deyə T.Kazımov qeyd edib.
Onun sözlərinə görə, AMB-nin əsas siyasəti qiymətlərin sabitliyidir, məzənnə siyasəti deyil: "Məzənnə sabitliyi yalnız makroiqtisadi sabitliyin təmin edilməsi üçün lazım olan rejimdir".
Qeyd edək ki, Azərbaycanda 2018-ci ilin martın 7-dən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
XXX
MDB ölkələrində inflyasiya Azərbaycandan daha aşağıdır.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, MDB ölkələrində sərbəst üzən məzənnə var: “Bu da inflyasiyaya azaldıcı təsir edir. Ölkəmizdə inflyasiya 11,5 %-dir, onun 70%-i idxal olunan inflyasiyadır. Biz fərqli ölkələrlə müqayisə edə bilərik. Amma biz səbəbi tapmalıyıq. Çində 0,2 % inflyasiya var, bu, əslində yaxşı hal deyil, bu inflyasiya iqtisadi inkişafa yaxşı təsir etmir. Çünki inflyasiya olmalıdır ki, iqtisadi inkişaf dəstəklənsin. Bizim üçün məqbul inflyasiya 4 faizdir”.
© APA, Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
10 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 13 d. əvvəl
- 24 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 10 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 12 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
