“Nağdsız Azərbaycan” layihəsinin təqdimatı keçirilib
20 iyul 2017-ci il tarixində Azərbaycan Mərkəzi Bankı ilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək “Nağdsız Azərbaycan” layihəsinin təqdimatı keçirilmişdir.
İclasda Azərbaycan Banklar Assossiasiyasının (ABA) İcraçı direktoru Yunus Abdulov, Mərkəzi Bankın Ödəniş Sistemlərinin İnkişaf Siyasətinin Hazırlanması Şöbəsinin rəhbəri Ramil Mahmudov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş Sistemlərinə Nəzarət Sektorunun rəhbəri Tamerlan Rüstəmov, ABA-nın “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları üzrə” Ekspert Qrupunun sədri Məhəmməd Məmmədov, “MasterCard Worldwide”-ın nümayəndələri Alper Meric, Firat Sabit, Eren Ozkan və Yiğit Cağlayan, həmçinin ABA-ya üzv olan bankların nümayəndələri iştirak etmişlərdir.
İclasda bildirilib ki, Mərkəzi Bank tərəfindən ölkə iqtisadiyyatında yüksək nağdlaşmanı şərtləndirən fundamental amillərin geniş diaqnostikası, qeyri-neft sektorunun aparıcı sahələri üzrə nağd iqtisadiyyatın həcminin ölçülməsi, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin inkişafı məqsədilə “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə cari ilin fevral ayından yeni layihəyə start verilmişdir.
“Nağdsız Azərbaycan” layihəsi 3 mərhələdən ibarət olmaqla, birinci mərhələ cari vəziyyətin qiymətləndirilməsi və nağd iqtisadiyyatın həcminin ölçülməsi, ikinci mərhələsi strategiyanın müəyyənləşdirilməsi və üçüncü mərhələsi isə detallı fəaliyyət proqramının hazırlanmasından ibarətdir. Artıq layihənin birinci mərhələsi üzrə işlər tamamlanmışdır.
İclasda “MasterCard Worldwide” nümayəndələri hazırki global trendlər, regiondakı vəziyyət, Azərbaycanın buradakı yeri və ölkədə nağdsız mövcud potensial haqqında məlumat vermişdirlər. Bundan əlavə bu potensialın reallaşdırılması ilə bağlı mümkün çıxış yolları təklif edilmişdir və banklarla birgə müzakirə edilmişdir.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə Azərbaycan Mərkəzi Bankına rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə aidiyyatı hökümət qurumları ilə birlikdə beynəlxalq təcrübənin araşdırılaraq Azərbaycanda tətbiqi perspektivlərinə dair müvafiq təkliflərin hazırlanması tapşırılmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















