Code Academy-nin GDU-da icra etdiyi "Code For Future" layihəsinin məzun günü keçirildi

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyilə Code Academy tərəfindən 2021-ci ildən etibarən icra olunan #CodeForFuture layihəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Technest təqaüd proqramı çərçivəsində 2022-ci ildən daha da genişlənərək, regionlarda həyata keçirilməyə başladı.
2022-2023-cu tədris ilinin yaz semestrində Gəncə Dövlət Universitetində təhsil alan 66 tələbənin iştirakı ilə #codeforfuture layihəsinin məzun günü keçirildi.
Tədbirdə açılış nitqi ilə çıxış edən Code Academy tədris müəssisəsinin təsisçisi və direktoru Ülvi Aslanov layihənin regionlarda genişlənməsi, GDU tələbələrinin gələcək həyat və karyeralarındakı əhəmiyyəti haqqında məlumat vermiş, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal təhsil layihələri üzrə keyfiyyətə nəzarət, monitorinq və qiymətləndirmə üzrə məsul şəxsi İbrahim Qədirov yüksək nəticə ilə tədrisi bitirən məzunları təbrik edərək, diplomlarını təqdim ediblər.
Layihənin ilk ilində, Proqramlaşdırma və IT help-desk sahəsi üzrə təhsil alan 66 tələbə tədrisi uğurla bitirib, yekunda hazırladıqları final layihələri ilə praktiki bacarıqlarını inkişaf etdirərək, həm də ilk peşəkar portfoliolarını formalaşdırıblar. Tələbələrdən 21 nəfər beynəlxalq sertifikat imtahanlarında uğurla iştirak edərək, ümumilikdə 28 ədəd CompTIA sertifikatını əldə ediblər.
#CodeForFuture layihəsində təhsil alan hər bir tələbə aşağıdakı əsas üstünlüklərə sahib olurlar:
-Təhsil aldığı universitetin məzunu olaraq diplomun alınması
-Code Academy-də təhsilini təsdiqləyən diplom/sertifikat
-Layihə işləri əsasında ilk peşəkar portfolionun formalaşması
-Beynəlxalq sertifikat qazanaraq, iş həyatına rahatlıqla başlama imkanı.
Elm və Təhsil Nazirliyinin dəstəyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə regionlarda icrası həyata keçirilən #codeforfuture layihəsindən bu günə qədər 1344 tələbə faydalanıb. İlkin olaraq AzTU-da başlanan, BDU, AzMİU, SDU, GDU, LDU təhsil müəssisələrində davam edən layihənin daha çox sayda tələbənin faydalanması və gələcək mütəxəssislərin yetişdirilməsi məqsədilə növbəti tədris illərində də genişləndirilməsi nəzərdə tutulur.
Layihə haqqında ətraflı məlumatla https://forfuture.code.edu.az saytına keçid edərək tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
16 d. əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 19 d. əvvəl
-
-
20 d. əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 21 d. əvvəl
- 32 d. əvvəl
-
51 d. əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
1 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
-
2 saat əvvəl
Bank "BTB"nin Müşahidə Şurasının tərkibi haqqında məsələ müzakirə ediləcək
Son Xəbərlər

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş
Ən çox oxunanlar

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb

“Bakı Fintex Forumu 2025” keçiriləcək

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
