Havanın nə vaxt sabitləşəcəyi açıqlandı
Bildirilib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 1-i axşamadək davam edəcəyi, iyulun 2-dən havanın sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu gün hidrometeoroloji stansiyalardan əldə edilən məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, ən çox yağıntı adətən yayda quraq hava ilə səciyyələnən Bərdədə düşüb.
Belə ki, bir neçə saat ərzində həmin rayonda aylıq normanın 114 faizi qeydə alınıb. Digər rayonlara gəlincə Qaxda aylıq normanın 70, Tərtərdə 94, Goranboyda 54, Göyçayda 55, Mingəçevirdə 36, Kürdəmirdə 47, Zərdabda 55, Salyanda 37 faizini təşkil edib. Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı isə 2 millimetr olub.
Bildirilib ki, iyunun 30-da leysan yağış nəticəsində saat 18:00-da İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan, Cülyan kəndi ərazisindən axan Cülyançaydan və Talıstan kəndi ərazisindən axan Talıstançaydan, saat 19:10-da isə Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, saat 19:20-də isə Əmirvar kəndi ərazisindən axan Əmirvarçaydan qısamüddətli sel keçib.
İyunun 30-da İsmayıllı və Kəlbəcər rayonlarına dolu düşüb.
İyulun 1-də isə Oğuz rayonu ərazisindən keçən Əyriçayda, Qobustan rayonu ərazisindən keçən Pirsaatçayda, İsmayıllı rayon ərazisindən keçən Girdimançayda sel hadisəsi qeydə alınıb.
Bildirilib ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 1-i axşamadək davam edəcəyi, iyulun 2-dən havanın sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
3 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)










.jpg)




