BƏƏ 2030-cu ilə qədər bərpaolunan enerji istehsalı müəssisələrinin gücünü 14,2 GVt-a çatdırmağı planlaşdırır
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrinə əsaslanan istehsal müəssisələrinin gücünü 14,2 GVt-a çatdırmağı planlaşdırır.
Marja xəbər verir ki, bunu çərşənbə axşamı BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan bin Əhməd Əl Cabi deyib.
"Son on ildə BƏƏ bərpa olunan enerji mənbələrinin gücünü dünyanın istənilən ölkəsindən daha çox artırıb. Biz 2030-cu ilə qədər bu rəqəmi 3 dəfədən çox artıraraq 14,2 GVt-a çatdırmaq niyyətindəyik", Əl-Cabir bildirib.
Bir müddət əvvəl Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suheil əl-Mazrui bildirmişdi ki, 2030-cu ilə qədər ölkənin enerji balansında bərpaolunan enerjinin payı 32% olmalıdır.
BƏƏ-nin əvvəlki enerji strategiyası 2017-ci ildə qəbul edilib. Strategiya, 2050-ci ilə qədər ölkənin enerji kompleksində bərpaolunan enerjinin payının 25%-dən 50%-ə qədər artırılmasını nəzərdə tutur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























