Azərbaycan dövləti İrpenin bərpasında yeni layihələrə dəstək olacaq
Azərbaycan dost ölkələrə səmimi münasibətini həmişə sözdə yox, əməldə göstərir. Azərbaycan Ukrayna ilə dost ölkə olduğunu Rusiya-Ukrayna müharibəsi dönəmində bir daha göstərməkdədir. Müharibənin ilk günlərindən başlayaraq Azərbaycan dövləti Ukraynaya humanitar yardımlar göndərməyə başladı. Həmçinin İrpen şəhərinin bərpasında və yenidən qurulmasında da öz dost əlini uzadır. İrpen şəhərində hərbi əməliyyatlar zamanı dağılmış akademik Zərifə Əliyeva adına orta məktəb SOCAR-ın Ukraynadakı nümayəndəliyi tərəfindən tam təmir edilib. Bu gün isə Azərbaycan yeni layihələrə dəstək verməyə başlayır.
İrpen meri Oleksandr Markuşin açıqlamasında bildirib ki, şəhərin bərpasına dair yeni layihələr Azərbaycan dövləti ilə müzakirə edilir.
“Azərbaycanın Ukraynadakı yeni səfiri ilə müzakirə etdiyimiz layihələrdən biri İrpen şəhərində tamamilə dağıdılan doqquzmərtəbəli yaşayış binasının tikintisidir. Artıq biz onu sökmüşük və yeni binanın tikintisinə hazırıq. İkincisi, mədəniyyət evidir. Sonra yaradıcılıq mərkəzi var, əgər Azərbaycan onun bərpasına razı olsa, həmin layihə üzərində də işləmək olar. Bizim üçün bu, çox vacib müəssisədir, çünki orada 3000-ə yaxın uşaq təhsil alırdı. Müzakirə olunan layihələr arasında uşaq-gənclər idman məktəbinin və muzeyin yenidən qurulması da var. İrpen şəhərinin mərkəzində yerləşən və döyüş zamanı dağıdılan İncəsənət Mərkəzinin bərpası da yeni layihələr sırasındadır. Azərbaycan hökuməti hansı obyektin bərpasında iştirak edəcəyinə özü qərar verəcək”, - deyə mer əlavə edib.
Oleksandr Markuşin söhbətinin sonunda bu ağır günlərdə Ukraynaya göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.
Sadalanan məqamlar bir daha göstərir ki, Azərbaycan Ukraynanın xoş günündə də, ağır günlərində onun yanındadır. Bu dost köməyi, iki ölkə arasında strateji münasibətlər tarixi bağlılığa əsaslanır.
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















