Normadan artıq yük daşıdı, sürücülük hüququ 1 il məhdudlaşdırıldı, 1200 manat cərimə olundu
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib.
Müraciətdə deyilir ki, DİN-nin BDYPİ tərəfindən nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən bu cür qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir.
Qeyd olunub ki, iyulun 5-də “KamAZ” markalı, 90-SO-154 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Seyfullayev Xanmusa Xubyar oğlu və “KamAZ” markalı, 35-BX-877 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Orucov Arzuman Valeh oğlu yükdaşıma qaydalarını il ərzində təkrar pozduqlarına görə Baş DYP İdarəsinin YPX Alayının VI taqımının əməkdaşları tərəfindən saxlanılaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən sürücülük hüququ 1 (bir) il müddətə məhdudlaşdırılmaqla 1200 manat məbləğində cərimə ediliblər.
"DİN-in Baş DYP İdarəsi bir daha yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən yüklərin daşınması zamanı müvafiq normalara və təhlükəsizlik tədbirlərinə riayət olunmasını xahiş edir. Həmçinin bildiririk ki, bu sahədə inzibati xətalara yol vermiş şəxslər barəsində ciddi inzibati tənbeh tədbirləri görüləcək", məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 saat əvvəl
-
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
























