Bu tələblərə cavab verən vətəndaşlar da güzəştlə mənzil ala biləcəklər
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların mövcud kateqoriyalarından biri genişləndirilib və daha bir yeni kateqoriya əlavə olunub.
MİDA-dan verilən məlumata görə, "ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs" adlı mövcud kateqoriya yeni redaksiyada həmçinin "ən azı 15 il dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxsləri" də əhatə edəcək. Bununla yanaşı, yeni - "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər" kateqoriyası da əlavə olunub. Hər iki kateqoriyaya aid olan vətəndaşlar yaşından və ailə vəziyyətindən asılı olmayaraq güzəştlə mənzil əldə etmək hüququndan yararlana biləcəklər.
MİDA yenilənmiş kateqoriyalara aid bütün vətəndaşların müraciətlərini qəbul etmək məqsədilə "Güzəştli mənzil" elektron sisteminin təkmilləşdirilməsi işini davam etdirir. "Ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxlər" adlı yenilənmiş kateqoriyaya aid vətəndaşların müraciətlərinin qəbuluna artıq start verilib. Müraciətlər "Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış "Güzəştli mənzil" sistemi vasitəsilə və ya Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN xidmət" mərkəzlərində və Sumqayıt "ASAN xidmət" mərkəzində qəbul olunur.
"Güzəştli mənzil" elektron sistemində davam edən dəyişikliklər və müvafiq inteqrasiya işləri tamamlandıqdan sonra "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər" adlı kateqoriyaya aid vətəndaşların da müraciətlərinin qəbulu başlayacaq. Müvafiq texniki işlər başa çatdırıldıqda "ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər" kateqoriyasına aid şəxslərin müraciətlərinin qəbulunun başlanma tarixi barədə əlavə məlumat veriləcək.
Hər iki yeni kateqoriyaya aid şəxslər müraciət edərək “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olduqda MİDA-nın bütün layihələri çərçivəsində inşa olunan güzəştli mənzillərin satışı zamanı artıq qeydiyyatdan keçmiş digər kateqoriyalara aid vətəndaşlarla bərabər hüquqlara malik olacaqlar.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 47 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu























