3 ayda 23 milyard dollar reklam gəliri
ABŞ-ın texnologiya nəhəngi Google-ın baş təşkilatı Alphabet-in xalis mənfəti bu ilin ikinci rübündə azalıb.
"Marja" xəbər verir ki, Şirkətdən verilən məlumata görə, Alphabet-in 2017-ci ilin ikinci rübündəki xalis mənfəəti, ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz azalaraq 3,52 milyard dollar olub. Şirkət, 2016-nın aprel-iyun dövründə 4,88 milyard dollar xalis qazanc açıqlamışdı.
Şirkətin bir səhmə dividendi ötən ilin aprel-iyun dövründə 7 dollar idisə, bu ilin eyni dövründə 5,01 dollara geriləyib.
Ötən ilin ikinci rübündə 21,5 milyard dollar cəmi gəlir əldə edən Alphabet-in bu ilin eyni dövründəki gəliri isə 21 faiz artımla 26 milyard dollara çıxıb.
Alphabet-in ikinci rüb xalis mənfəətində azalması ilə əlaqədar olaraq şirkətin səhmi dəyərdən düşüb.
Nyu-York Birjasının bağlanmasının ardından aparılan məhdud əməliyyatlarda şirkətin səhmləri 3,2% ucuzlaşaraq 966,70 dollara qədər geriləyib.
Digər tərəfdən, açıqlamada, Alphabet-in tərkibində olan Google-ın reklam gəlirlərinin bu ilin ikinci rübündə artdığı bildirilib.
Google-ın reklam gəliri bu ilin aprel-iyun dövründə 18,4 faiz artımla 22,67 milyard dollara yüksəlib. Google ötən ilin eyni dövründə 19,14 milyard dollar reklam gəliri əldə etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























