İş adamı Pərviz Mustafayevin Ukraynadan idxal etdiyi baytarlıq preparatları məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Marja.az Agentliyə istinadən xəbər verir ki, fiziki şəxs Mustafayev Pərviz Vilayət oğlunun Ukrayna Respublikasından idxal etdiyi “OL.KAR-AqroZooVet-Servis” şirkətinin istehsalı olan 1500 ədəd 100 ml-lik qablaşdırmada “Dezi sprey” baytarlıq preparatlarından Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Müayinələr nəticəsində nümunələrdə Ph göstəricisi üzrə uyğunsuzluq aşkar olunub. Belə ki, nümunənin analiz sertifikatında Ph göstəricisi 3.5-6.0 qeyd edilsə də, müayinələrdə bu göstərici 2.43 olub.
Aşkar edilmiş uyğunsuzluqla bağlı qanunvericiliyə uyğun qərar qəbul edilərək baytarlıq preparatları (01.12.2022-ci il tarixli 122212 partiya nömrəli) “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
24 d. əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
50 d. əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
-
2 saat əvvəl
Bank "BTB"nin Müşahidə Şurasının tərkibi haqqında məsələ müzakirə ediləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AFB Bank biznes müştəriləri üçün “Qazanclı Başlanğıc” kampaniyasını təqdim edir
-
2 saat əvvəl
"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı
Son Xəbərlər

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

“Bakı Fintex Forumu 2025” keçiriləcək
Ən çox oxunanlar

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti

AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var

Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz

"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
