Veysəloğlu Şirkətlər Qrupu bölgələrdə soyuq anbarlarının sayını artırır
“Araz” supermarketlər şəbəkəsi yerli təsərrüfatlara töhfə verir(®) Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) istehlakçıları yerli və təbii məhsullarla təmin etmək üçün fermerlərlə birbaşa əməkdaşlığı genişləndirir.
Veysəloğlu Şirkətlər Qrupunun bu təşəbbüsü təsərrüfatların inkişafını stimullaşdırmağa, idxal məhsullardan asılığı azaltmağa və kiçik sahibkarları dəstəkləyərək ölkəmizdə dayanıqlı inkişafa töhfə verməyə xidmət edir.
VŞQ ölkənin önəmli istehsal bölgələrində soyuq depolarının sayını artırır. Mingəçevir və Salyanla yanaşı, artıq Xaçmaz bölgəsində də saxlama məntəqəsi yaradılıb və pomidor istehsalçıları ilə əldə edilən razılaşmaya əsasən məhsul yığımına başlanılıb. Hazırda saxlama məntəqəsində toplanan məhsulların qısa zamanda qablaşdırılıb soyuq zəncir prosesinə uyğun olaraq “Araz” supermarketlər şəbəkələrinə çatdırılması üçün infrastruktur yaradılır.
Qeyd edək ki, kənd təsərrüfatı məhsullarının bölgələrdə qəbuluna ötən il “Şəmkir Aqroparkı”nda başlanıb. Aqroparkda Veysəloğlu Şirkətlər Qrupu üçün xüsusi məhsul qəbulu məntəqəsinin yaradılması həmin regiondakı fermerlerin işini asanlaşdırıb. Bölgədəki fermerlərin məhsulları yerində alınıb, “AVT Logistics” şirkətinə məxsus soyuduculu tırlar ilə gündəlik olaraq mağazalara çatdırılır.
“Növbəti hədəflərdən biri də Salyan anbarındakı fəaliyyəti genişləndirməkdir. Bu bölgədə xüsusən qış mövsümündə mandarin, portağal, feyxoa, kinkan, limon kimi məhsulların birbaşa istehsalçılardan alınmasını təmin etmək üçün fəaliyyətlərimiz davam edir. Əsasən yerli kartof almaq üçün Tovuz, İsmayıllı, Qazaxda birbaşa fermerlərlə razılaşmalı əkin həyata keçirilir və bu məhsulların yüksək texnoloji kartof saxlama depolarında mühafizə edilərək keyfiiyyətli şəkildə alıcılara çatdırılması planlaşdırılır”, - deyə Qrupun meyvə-tərəvəzin satın alınması üzrə rəhbəri Sərdar Ceylan vurğulayıb.
Veysəloğlu Şirkətlər Qrupu 29 ildir ki, pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Şirkətlər Qrupu 2022-2023-cü illərdə Deloitte şirkətinin təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsinin qaliblərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
8 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)






.jpg)



