"PAŞA Holding" "Apple" şirkətinin qurucusunu Bakıya gətirir!
(®) 30 noyabr və 1 dekabr tarixlərində "PAŞA Holding"in təşkilatçılığı ilə regionun ən böyük innovasiya sammiti olan "InMerge Innovation Summit" keçiriləcək.
Artıq 3-cü ildir ki, təşkil olunan bu tədbir innovatorları, aparıcı texnologiya şirkətlərini, liderləri, startapları və eləcə də investorları bir araya gətirərək onlarla əlaqə yaratmaq, innovasiya ekosisteminə inteqrasiyalar etmək məqsədi daşıyır.
"InMerge Innovation Summit" tədbirində həmçinin "Apple" şirkətinin qurucularından Steve Wozniak da iştirak edəcək.
Günümüzün texnologiya sahəsində aparıcı şirkətlərdən biri "Apple"ı yaradan şəxslərdən olan Steve Bakıda keçiriləcək bu əhəmiyyətli tədbirdə texnologiya sahəsindəki yeniliklərdən, həmçinin öz işlərindən söz açacaq.
Tədbirdə "Trendyol" şirkətlər qrupunun prezidenti Çağlayan Çetin, "PAŞA Holding"in baş icraçı direktoru Cəlal Qasımov, məşhur TED spikeri Michael Ringel və sahəsində özünü təsdiq etmiş onlarla şəxs də iştirak edəcək.
Sammitdə elektron ticarət, sığorta texnologiyaları, süni intellekt, telekommunikasiya və daha bir çox mövzuda təqdimatlar ediləcək, müzakirələr aparılacaq və seminarlar baş tutacaq.
İnnovasiya və texnologiya sahəsi üçün önəm kəsb edən bu tədbir üçün biletlər 10 sentyabr tarixinə kimi 500 dollar yox, endirimlə 150 dollara təqdim olunur. Tədbir haqqında daha çox öyrənmək və bilet əldə etmək üçün inmerge.az veb-saytını ziyarət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
4 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
5 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 6 saat əvvəl
-
6 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























