Unibank yüksək gəlirli manat istiqrazları buraxır - ŞƏRTLƏR
20 milyon manatlıq istiqrazların illik faiz dərəcəsi 11.5%-dir.23 avqust 2023-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Unibank KB”-nin tədavül müddəti 12 ay (360 gün), nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11.5%, faiz ödəniş dövrü isə hər 3 aydan (90 gün) bir təşkil edən, 20 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının emissiya prospekti qeydiyyata alınıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında kütləvi təklif üsulu ilə nəzərdə tutulur. Bu barədə ətraflı məlumat ictimaiyyətə qiymətli kağızlar BFB-də listinqə alındıqdan sonra açıqlanacaq.
Unibank istiqrazlarını əldə etmək istəyən şəxslər qeyd edilən linkə keçərək müraciət edə bilərlər: https://unicapital.az/unibank-istiqrazlari
Nəzərinizə çatdıraq ki, fiziki şəxslər tərəfindən istiqrazlar üzrə əldə edilən faiz gəliri 10% gəlir vergisindən azaddır.
Qeyd edilib ki, ki, ötən il 30-cu ilini qeyd edən “Unibank”, ölkənin ən köklü kommersiya banklarından olmaqla yanaşı, Azərbaycanda ilk dəfə olaraq “mobile-only” (filialsız bank- Leobank) prinsipini tətbiq edən maliyyə qurumudur.
Həmçinin cari ilin may ayında “Azərbaycan Respublikası Mərkəzi Bankı”, “Bakı Fond Birjası” QSC, “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi” və “Unicapital İnvestisiya Şirkəti”nin iştirakı ilə “Unibank K.B.” ASC-ə həsr olunan “Emitent günü” uğurla baş tutub. Kütləvi informasiya vasitələrinin gündəm mövzusuna çevrilən tədbirin məqsədi investorlara və potensial emitentlərə mütəşəkkil kapital bazarının üstünlüklərini çatdırmaq olub.
Qeyd edilib ki, qiymətli kağızların anderraytinqi, investisiya və törəmə maliyyə alətləri üzrə çoxşaxəli xidmət göstərən “Unicapital İ.Ş.”, korporativ müştərilərinin bizneslərini genişləndirərək əlavə kapital cəlb etmələri, eyni zamanda mövcud səhm və istiqrazlarını birjaya yerləşdirə bilmələri üçün onlara etibarlı və asan anderraytinq xidməti təklif edir.
BFB-nin ilk, ən uzunmüddətli üzvü və fond bazarının 16 illik peşəkar iştirakçısı olan “Unicapital İnvestisiya Şirkəti” ASC-nin müştəri sayı artıq 700 000-ə çatır.
Şirkətin Nizamnamə kapitalı 100%-lik “Unibank KB” ASC-yə məxsusdur.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 49 d. əvvəl
-
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
3 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
13 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


























