İstanbul turist rekordu qırıb
İyul ayında 1 milyon 873 min 97 nəfəri qəbul edən İstanbul, son 10 ilin ən yüksək aylıq xarici turist sayına çatıb.2022-ci ilin 7 aylıq dövründə İstanbula 8 milyon 514 min 806 xarici turist gəlib. Bu ilin eyni dövründə turistlərin sayı 15 faiz artaraq 9 milyon 776 min 635 nəfər olub.
Marja.az xəbər verir ki, bu barədə İstanbul İl Mədəniyyət və Turizm Müdirliyi məlumat yayıb.
Ötən ilin iyul ayında 1 milyon 759 min 506 xarici turistin ziyarət etdiyi şəhər bu ilin iyul ayında 1 milyon 873 min 97 xarici turisti qəbul edib. Belə ki, iyul ayında keçən ilin eyni ayı ilə müqayisədə xarici turistlərin sayı təxminən 6 faiz artıb.
Qeyd edək ki, 2019-cu ilin iyul ayında İstanbula 1 milyon 666 min 319, 2020-ci ilin iyul ayında 301 min 930, 2021-ci ilin iyul ayında isə 1 milyon 130 min 999 turist gəlmişdi.
2023-cü ilin İyul ayında İstanbula hava yolu ilə 1 milyon 823 min 416, dəniz yolu ilə isə 49 min 681 nəfər gəlib.
Ötən ilin eyni dövrü ilə müqayisədə hava yolu ilə gələnlərin sayı 5 faiz, dəniz yolu ilə gələnlərin sayı isə 72 faiz artıb.
Birinci yerdə ruslardır
Ötən ay olduğu kimi iyul ayında da İstanbula gələn 185 min 636 turistlə ruslar birinci yeri tutub. Həmçinin 135 min 568 turistlə Almaniya, 135 min 96 nəfərlə Səudiyyə Ərəbistanı, 105 min 41 ziyarətçi ilə ABŞ, 97 min 352 turistlə İran, 69 min 263 nəfərlə Fransa, 69 min 6 turistlə İngiltərə, 51 min 257 nəfərlə İraq və 45 min 854 ziyarətçi ilə Küveyt, 45 min 257 nəfərlə İsrail, 44 min 273 turistlə Hollandiya ən çox turist göndərən digər ölkələrdir.
İyul ayında İstanbulu ziyarət edənlərin 9,91 faizi Rusiyadan, 7,24 faizi Almaniyadan, 7,21 faizi Səudiyyə Ərəbistanından, 5,61 faizi ABŞ-dan, 5,20 faizi İrandan, 3,70 faizi Fransadan, 3,68 faizi İngiltərədən (Birləşmiş Krallıq) 2,74 faizi İraqdan olub.
Türkiyəyə gələn hər 3 turistdən 1-i İstanbula gəlib
İstanbul ilin 7 ayında Türkiyəyə gələn cəmi 26 milyon 766 min 240 turistin təxminən üçdə birini qəbul edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
7 d. əvvəl
Qlobal bank neft qiymətləri üzrə proqnozunu yenidən yüksəldib
-
- 12 d. əvvəl
-
21 d. əvvəl
Goldman Brent neftinə dair qiymət proqnozunu yuxarı istiqamətdə yeniləyib
- 43 d. əvvəl
- 46 d. əvvəl
-
54 d. əvvəl
Bank Binəqədi filialını yenilənmiş konseptdə istifadəyə verdi
-
1 saat əvvəl
Ukrayna Rusiyanın gübrə zavodunu və neft emalı müəssisəsini vurub
-
1 saat əvvəl
Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Aprelin 28-də gözlənilən hava şəraiti
ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!
Ukrayna Rusiyanın gübrə zavodunu və neft emalı müəssisəsini vurub
Qəbələdə Çexiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub
Ən çox oxunanlar
PAŞA Bank ağacəkmə aksiyasına qoşulub
Bu bank pulunuza illik 12% gəlir təklif edir
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Avtomobil nəhəngindən mühüm qərar: "Porsche" şirkəti "Bugatti" və "Rimac"dakı paylarını satır
Bu gün MSK-nın yeni tərkibi müəyyənləşəcək, ilk iclasında sədr, sədr müavini və katiblər seçiləcək
Google, Claude-un yaradıcısı Anthropic-ə 40 milyard dollar investisiya yatırmağı planlaşdırır
Qlobal hərbi xərclər ötən il 2 trilyon 887 milyard dollara çatıb





.jpg)






.jpg)





