"PAŞA Kapital İnvestisiya Şirkəti"nin hesabatı, aparılan yoxlamaların nəticəsi və strategiya – MÜSAHİBƏ
"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin Direktoru Ceyhun Hacıyev Mərkəzi Bankın rəhbərlik etdiyi Şirkətdə bir sıra nöqsanlar aşkar etməsi barədə məlumata münasibət bildirib. O qeyd edib ki, daha çox texniki səbəblərlə, həmçinin müvafiq hüquqi normativ bazanın doğru şəkildə interpretasiya olunmaması və buna görə ona tam şəkildə riayət edilməməsindən irəli gəlmiş bu nöqsanlar artıq aradan qaldırılmaqdadır.Bu günlərdə ölkənin kapital bazarlarında ən böyük ticarət həcminə malik PAŞA Kapital İnvestisiya Şirkətində Mərkəzi Bank tərəfindən yoxlamaların nəticəsi ilə bağlı mediada xəbər yayımlanmışdır. Yoxlamaların nəticəsi, həmçinin növbəti illərlə bağlı strateji planlama ilə bağlı investisiya şirkətinin direktoru - Ceyhun Hacıyevlə hazırladığımız müsahibəni diqqətinizə çatdırırıq.
– 2023-cü ili PAŞA Kapital üçün necə dəyərləndirirsiniz?
– Cari ilin yanvar-iyul aylarında "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, 3,041 əməliyyat sayı, 8 milyard 39 milyon 354 min 228 manat dövriyyə ilə hazırda bazarda ilk yerdə mövqelənmişdir. Şirkətin əməliyyat həcmi keçən il ilə müqayisədə 45% artmışdır. Bu göstəricilərə əsasən deyə bilərəm ki, şirkətimiz hər növbəti il artan tempdə irəliləyir və Azərbaycan kapital bazarında liderlik mövqeyini qorumaqda davam edir.
– Bu göstəricilərə hansı xidmətlərin inkişafı ilə nail olmusunuz?
– Son illərdə biz kapital bazarının sabit gəlirli maliyyə alətləri üzrə bütün seqmentlərində: Anderraytinq, Mərkəzi Bankın notları, Dövlət istiqrazları, Korporativ istiqrazlar və Repo bazarında aktiv investisiya xidmətləri təqdim edirik. Həmçinin PAŞA Kapital yerli investorlara xarici alətlərə yatırım etmək imkanı verməkdədir.
– Mərkəzi Bankın son yoxlamaları ilə bağlı PAŞA Kapitalda bir sıra nöqsanlar aşkarlanıb. Bunun səbəbi nədir?
– Sözsüz ki, şirkətin fəaliyyət dövrü ərzində artan statistik göstəriciləri göstərilən xidmətlərinin müştəri tələbinə uyğun strukturlaşdırılması və investorlara şəffaf xidmət göstərilməsinin nəticəsidir. PAŞA Kapital xidmətlərini hər zaman daha da təkmilləşdirməyə davam etməkdədir. Son günlərdə Mərkəzi Bank tərəfindən aparılan yoxlamalar zamanı müəyyən məsələlərin doğurduğu nöqsanlara toxunulub. Daha çox texniki səbəblərlə, həmçinin müvafiq hüquqi normativ bazanın doğru şəkildə interpretasiya olunmaması və buna görə ona tam şəkildə riayət edilməməsindən irəli gəlmiş bu nöqsanlar artıq aradan qaldırılmaqdadır. Bununla yanaşı şirkətimizdə daxili nəzarət sistemi daha da gücləndirilməkdədir. Şirkətin strategiya və strukturunda yeniliklər olduğunu nəzərə alaraq qeyd etmək istərdim ki, yaranmış bu çatışmazlıqların bir daha təkrar olmamasına çalışacağıq. Dövlət qurumunun bu istiqamətdə apardığı siyasət və atılan addımlar kapital bazarlarının inkişafına töhfə vermək yönümündədir. Bu kimi tədbirlərin ilk olaraq ölkənin ən böyük investisiya şirkətindən başlanmasını təqdir edir və nöqsanların zamanında aşkar olunmasının şirkətin cari strategiya planına xüsusi dəyər qatdığını dərk edirik.
– Şirkətin 3 illik stategiya planına hansı tədbirlər daxildir?
– PAŞA Kapital yerli və xarici bazarlarda investorlara daha əlçatan və keyfiyyətli investisiya həllərinin təqdim edilməsi üzrə xidmətlərini daim mükəmməlləşdirir və Azərbaycan maliyyə bazarında olan innovativ yanaşmasını daha geniş şəkildə tətbiq etməyə hazırlaşır. Strategiyamızda Azərbaycan kapital bazarının inkişafına xüsusi yer ayrılıb. Belə ki, növbəti illər ərzində mövcud xidmətlərimizin daha avtomatlaşmış və rəqəmsal yönümlü olmasına çalışmaqla yanaşı bir neçə yeni məhsul və xidmətlərimizi yaratmağı planlayırıq. Əsas strateji hədəflərimizdən biri də məhz bu planlar çərçivəsində daha çox fiziki şəxslər üzrə xidmət faydalılığını və keyfiyyətinin artırılmasıdır. Həmçinin şirkət bu üç illik inkişaf strategiyasında insan kapitalının inkişafına xüsusi yer ayırmışdır. Bununla bağlı bir sıra təcrübə proqramları elan edərək potensial kadrların yetişdirilməsində əsaslı rol oynamışdır. Onu da qeyd edə bilərəm ki, şirkət daxili elan olunan təcrübə proqramları zamanı Azərbaycan Respublikasının müxtəlif təhsil müəssisələrinin tələbə və məzunları investisiya sahəsi üzrə nəzəri və praktiki biliklərə yiyələnir, eləcə də gələcək karyera planlamalarını edir.
- Müsahibə üçün təşəkkür edirik.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR
-
-
16 d. əvvəl
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
- 34 d. əvvəl
-
35 d. əvvəl
Bərpa, Tikinti və İdarəetmə Xidməti 3,2 milyon manat xalis mənfəət əldə edib
- 11 saat əvvəl
-
15 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 15 saat əvvəl
-
15 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
15 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
15 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
bp şirkəti Azərbaycanda iri müqavilə bağladı - ÜMUMİ DƏYƏRİ 1 MİLYARD DOLLARDAN ÇOX OLA BİLƏR
“Dövlət borcunun idarə edilməsinə dair Strategiya” hazırlanacaq
BOKT investorlara illik 18% gəlir təklif edir
Ən çox oxunanlar
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib























