17.3 hektarlıq yaşıl həyətə sahib kompleks
(®) “Kristal Abşeron”un premium layihəsi olan “City Garden Narimanov”da mənzillərə yenilənmiş səs izolyasiya sistemi tətbiq olunur. Yaradılan izolyasiya sistemi səs dalğalarını udaraq yumşaldır və mənzillərdəki kənar səsləri yox dərəcəsinə endirir. İzolyasiya materialı olaraq mənzillər arası divarlarda “cellubor”dan, daxili divarlarda isə “daş yunu”ndan istifadə olunur.

“Cellubor” və “daş yunu” səs izolyasiyası imkanları ilə yanaşı istilik izolyasiyası xüsusiyyətlərinə də malikdir. Əlavə olaraq binaların fasadına da izolyasiya sistemi tətbiq olunur. Bunun sayəsində xaricdəki kənar hava kütlələri mənzilinizə daxil olmur və mənzil daxili temperatur sabit qalır. Bu da mənzillərin enerji səmərəliliyini və istilik performansını artırır.

“City Garden Narimanov” 21 hektarlıq ərazidə inşa edilir və binalar ərazinin sadəcə 20%-ni əhatə edəcək. Qalan 80%-də, 17.3 hektarlıq ərazidə isə parklar, istirahət və oyun zolaqları, piknik və barbekü zonaları inşa edilir.

N.Nərimanov metro stansiyasına qısa məsafədə, Heydər Əliyev prospektinin və Şəki dairəsinin yaxınlığında yerləşən kompleksin daxilindəki məktəb, bağça, ticarət və əyləncə mərkəzi, müxtəlif kafe, iaşə obyektləri sizi evinizdən uzaqlaşmadan bütün işlərinizi həll etmək imkanı ilə təmin edəcək.

Mənzillər 20 %-dən başlayan ilkin ödəniş və 20 ilədək ipoteka krediti ilə satılır. Tam təmirli və çıxarışlı mənzillərə rahat şərtlərlə sahib olub premium həyata keçid edin.
Ətraflı məlumat: *1544 və ya 050 293 10 10
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
7 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 7 saat əvvəl
-
8 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















