"Ferrum Kapital"da geriləmələr baş verib
Faktorinq məhsulları ilə alıcılara hissə-hissə ödəniş imkanı yaradan "Ferrum Kapital"ın dövriyyəsi azalıb."AQA Şirkətlər Qrupu" QSC-yə daxil olan və faktorinq xidmətləri göstərən "Ferrum Kapital" QSC 2023-cü ilin ilk 6 ayını (yanvar-iyun) 2 milyon 17 min manat xalis mənfəət ilə başa vurub. Şirkət ötən ilin eyni dövrünü 2 milyon 369 min manat xalis mənfəət ilə bağalmışdı. Beləliklə, Şirkətin yarımillik xalis mənfəəti 352 min manat azalıb.
Marja.az xəbər verir ki, 2022-ci ilin 6 ayında "Ferrum Kapital" tərəfindən verilmiş cəmi kreditlər (faktorinq) 30 milyon 151 min manat təşkil edib. Şirkət tərəfindən ötən ilin 6 ayında 50 milyon 948 min manat kreditlər verilmişdi. Beləliklə, bu ilin ilk 6 ayında verilmiş kreditlər 20 milyon 797 min manat az olub. Ötən il ay ərzində verilmiş kreditlər 6-11 milyon manat civarında ikən, bu il verilmiş kreditlərin aylıq məbləği 3-6 milyon manat aralığına düşüb.
30 iyun 2023-cü il tarixində Şirkətin debitor borclar portfeli (faktorinq portfeli) 43 milyon 6 min manat təşkil edib. Ötən ilin sonunda debitor borclar 55 milyon 709 min manat təşkil etmişdi. Beləliklə, debitor borclar 12 milyon 703 min manat azalıb.
ŞİRKƏT KİÇİLİB
31 İyun 2022-ci il tarixində "Ferrum Kapital"ın cəmi kativləri 69 milyon 645 min manat ikən, 30 iyun 2023-cü il tarixində 65 milyon 896 min manat olub.
"Ferrum Kapital" nağd şəkildə məhsul ala bilməyən müştərilərə hissə-hissə ödəniş əməliyyatı çərçivəsində borc ayırır.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 46 d. əvvəl
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
3 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
13 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub


























