Maliyyə Nazirliyinin Aparatının rəsmisi BVF-də yüksək vəzifəyə təyin olunub
Maliyyə Nazirliyinin Aparatının Ortamüddətli Xərclər Çərçivəsinin Hazırlanması Mərkəzinin direktor müavini Rəşad Həsənov Beynəlxalq Valyuta Fondunun (BVF, IMF) İcraçı Direktorunun müşaviri təyin olunub.
Bu barədə o, özü məlumat verib.
"Bu gündən fəaliyyətimi ABŞ-ın paytaxtı Vaşinqtonda - IMF-in İcraçı Direktorunun müşaviri kimi davam etdirərək Fondun İdarə Heyətində (IH) Azərbaycanı təmsil edəcəyəm. BMT sisteminə daxil olan və 190 üzv ölkəni əhatə edən bu qlobal təşkilatın əsas məqsədi dünyada dayanıqlı artımın, iqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəldilən siyasətlərin təşviq olunmasıdır. İnanıram ki, yeni missiyam Fondda ölkəmizin maraqlarını layiqincə təmin etməyimə və Azərbaycanda aparılan iqtisadi islahatlara daha çox töhfə verməyimə imkan yaradacaq. Digər tərəfdən də, IMF-in İH-nə qoşulmaqla qlobal qərarvermə prosesinin iştirakçısı kimi dünya iqtisadiyyatında sabitliyin və dayanıqlı artımın təmin olunmasına töhfə vermək olduqca maraqlı təcrübə olacaq", - deyə R.Həsənov qeyd edib.
@ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
59 san. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 10 d. əvvəl
- 13 d. əvvəl
- 21 d. əvvəl
-
25 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
39 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı


















