Azərbaycanın bank sektoru üzrə yeni göstəricilər açıqlandı - 45 MİLYARDI KEÇİB

Azərbaycan Mərkəzi Bankı 2023-cü ilin 8 ayı üzrə (yanvar-sentyabr) bank sektoru üzrə göstəriciləri açılayıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 31 avqust 2023-cü il tarixinə fəaliyyətdə olan bankların cəmi aktivləri 45 milyard 358.7 milyon manat, cəmi öhdəlikləri 39 milyard 474.1 milyon manat, balans kapitalı 5 milyard 884.6 milon manat olmuşdur. Avqust ayında bankların cəmi aktivləri, сəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 1.1%, 1.1% və 0.8% artmışdır.
Avqust ayında bankların kredit portfeli 2.1% və ya 442.2 milyon manat artaraq 21 milyard 814.2 milyon manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 54.2% (11 milyard 821.8 milyon manat); ıı) istehlak kreditləri – 29.9% (6 milyard 532.5 milyon manat) və ııı) ipoteka kreditləri – 15.9% (3 milyard 459.9 milyon manat). Ay ərzində biznes kreditləri mütləq ifadədə 199.1 milyon manat, istehlak kreditləri 156.5 milyon manat, ipoteka kreditləri isə 86.6 milyon manat artmışdır.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1 faiz bəndi azalaraq 2.4% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 81.1%-i və ya 31 milyard 998.7 milyon manat. Depozit portfelinin 61.6%-i (19 milyard 722.7 milyon manat) hüquqi şəxslərin, 38.4%-i (12 milyard 276 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 54.5%-i (6 milyard 691.5 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 939.6 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 80.8%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması avqust ayında ilin əvvəlinə nəzərən 2.9 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.4 faiz bəndi azalaraq 36.3% təşkil etmişdir.
2023-cü ilin yanvar- avqust aylarında banklar 724,2 milyon manat xalis mənfəət, 1 milyard 64 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 23% və 25% artmışdır.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin 8 ayında banklar tərəfindən 187,4 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38% və ya 51,7 milyon manat daha çoxdur.
31 avqust 2023-cü il tarixinə fəaliyyət göstərən 24 bankın filiallarının sayı 488, şöbələrinin sayı 89, ATM-lərin sayı 3,032 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.7% və ya 172 nəfər artaraq 23,491 nəfər təşkil etmişdir. Ümumilikdə, son 1 ildə bank sektorunda çalışanların sayı 7% və ya 1,544 nəfər artmışdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 14 saat əvvəl
-
14 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
14 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
14 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
