S&P Səudiyyə Ərəbistanının kredit reytinqini dəyişmədi
Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P), Səudiyyə Ərəbistanının kredit reytinqini qoruduğunu bildirib.
"Marja" xəbər verir ki, S&P-dən verilən açıqlamada, Səudiyyə Ərəbistanın xarici valyutada kredit reytinqinin "A-" səviyyəsində saxlandığı, proqnozun "sabit" olduğu bildirilib.
Səudiyyə rəsmilərinin sağlamlaşdırıcı addımlar atmasının gözləndiyi üçün ölkə proqnozunun "sabit" olduğu bildirilib.
Açıqlamada, büdcə kəsirinin ümumi daxili məhsula nisbətinin keçən il 17% olduğuna işarə edilib, bu nisbətin 2017-2019 illərdə orta hesabla 7 faiz olacağının nəzərdə tutulduğu məlumatına yer verilib.
Səudiyyə Ərəbistanının neft hasilatının gündəlik orta hesabla 10 milyon barreldə sabit qalmasının gözləndiyi qeyd edilib, aşağı neft qiymətləri səbəbilə neft sənayesinin bu il və gələn il Səudiyyə Ərəbistanı iqtisadiyyatına töhfəsinin keçən illə müqayisədə eyni qalacağı bildirilib.
Açıqlamada, 2016-da 1,4 faiz artan Səudiyyə iqtisadiyyatının bu il 0,5 faiz, gələn il isə 1,5 faiz artacağı təxmin edildiyi qeyd edilib.
S&P, 7 Apreldə də, Səudiyyə Ərəbistanının kredit reytinqi "A-" səviyyəsində qorunduğunu, proqnozunun da "sabit" olduğunu bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)





