AZAL sabah aviabilet qiymətlərinə böyük endirim edəcək
AZAL Turizm Günü münasibətilə 29% endirim elan edirAzərbaycanın milli aviadaşıyıcısı (AZAL) sentyabrın 29-da ölkədə qeyd olunan Turizm işçiləri günü münasibətilə yeni aksiyaya start verir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, yalnız sentyabrın 29-da aviabilet alan hər bir sərnişin AZAL aviaşirkətinin bütün istiqamətlərində 29% endirimdən yararlana biləcək.
Aksiya çərçivəsində biletləri 29 sentyabr - 28 oktyabr 2023-cü il tarixləri üçün əldə etmək olar.
Aviabiletləri AZAL-ın kassalarından və “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Qeyd edilib ki, aksiya “Azərbaycan Hava Yolları”nın çarter və kod-şerinq reyslərinə şamil edilmir.
XXX
Türkiyədə təhsil alan tələbələr AZAL-ın güzəştli tariflərindən yararlanacaqlar
Azərbaycanın milli aviadaşıyıcısı Türkiyədə ali təhsil alan Azərbaycan vətəndaşları üçün xüsusi güzəştli tariflər təklif edir.
AZAL-ın yaydığı məlumatda bildirilir ki, tələbələr üçün endirimlər aviaşirkətin Bakıdan Türkiyə şəhərlərinə və əks istiqamətə yerinə yetirilən reyslərinə şamil olunur.
Endirimli aviabiletlərin bronlaşdırılması üçün aviaşirkətin çağrı mərkəzinə ([email protected]) müraciət etmək lazımdır. Güzəştli aviabiletlərin rəsmiləşdirilməsi üçün yaşayış icazəsini təqdim etmək zəruridir.Aviabiletlərin bronlaşdırılması planlaşdırılan gediş tarixindən ən gec 14 gün əvvəl həyata keçirilməlidir.
Tələbələrə səyahətlərini əvvəlcədən planlaşdırmaq və qeyd edilmiş vaxt ərzində biletləri bron etmək tövsiyə olunur.Tələbələr bu təklifdən ildə iki dəfə yararlana bilərlər ki, bu da təhsil müddətində səyahət xərclərini əhəmiyyətli dərəcədə azaltmaq imkanı verəcək.
Qeyd edilib ki, yaxın gələcəkdə “Azərbaycan Hava Yolları” digər xarici ölkələrdə təhsil alan tələbələr üçün də xüsusi endirimli tariflər tətbiq etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
8 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
12 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)








