Bakının gül salonlarında narkotik bitki satılır
Rusiyada narkotik tərkibli bitkilərin siyahısına ölkənin gül mağazalarında son günlərə qədər sərbəst satılan “mimoza xostilis” də daxil edilib.
Məlum olub ki, bu gözəl, cazibədar bitkinin qurudulmuş hissələri özündə psixoaktiv maddə - dimetiltriptamini saxlayır. Bu adi sarı çiçəkləri olan və “8 Mart”da qadınlara hədiyyə edilən mimoza deyil. Əslində bizim mimoza adlandırdığımız akasiyadır və onda zərərli heç nə yoxdur. Yayda çəhrayı çiçəklər açan Lənkəran akasiyasını da bizdə mimoza adlandırırlar. Bu bitki də tamamilə zərərsizdir. Əsl mimoza isə yaşıldır və məhz onda güclü psixotrop maddə var.
Bakı Şəhər Narkoloji Dispanserindən virtualaz.org-a bildiriblər ki, Rusiyada narkomaniyaya meylli gənclər çoxdan bu mimozadan istifadə edirlər. Ondan istifadə zamanı bitki hallüsinasiyalara səbəb olur , beyin dumanlanır. Həm də bu narkotikin təsirindən daha pisdir. Hətta elə hallar olub ki, bu bitkinin “azarkeşləri” yaşıl budaqlardan çəkdikdən sonra özlərini eyvandan tullayıblar.
Narkoloqlar iddia edirlər ki, son zamanlar bu ucuz və effektiv narkotik vasitədən Azərbaycanda da istifadə edirlər.
Nəşrin əməkdaşları “28 May” stansiyasının yaxınlığında yerləşən gül mağazalarında satışda həmin mimoza bitkisinin olub-olmaması ilə maraqlanıb. Məlum olub ki, kəsilən budaqları adətən buketlərin dekoru üçün istifadə edilən bu mimoza onlarda aprel-may aylarında olur. Cəmi bir manat qiyməti olan bu bitki ölkənin cənub regionlarından – daha çox Lənkəran və Lerikdən gətirilir.
Botanika İnstitutundan Azərbaycanın cənubundakı dağlıq rayonlarda mimozanın yabanı halda bitdiyini təsdiqləyiblər. Amma ehtimal ki, bunu oradan mimoza və ya ayıdöşəyi (qıjı) adı ilə yığaraq satırlar. Adi normal insanlar bundan narahatlıq keçirməməlidirlər. Çünki psixotrop maddə yalnız mimozanın qabaqcadan qurudulmuş budaqlarının yandığı vaxt alınır.
Amma Rusiyada bu bitkinin qadağan olunmasından sonra bizdə də hüquq-mühafizə orqanlarının narahat olmasına əsas var.
Qeyd etmək lazımdır ki, dünyada bu bitkinin narkotik effekti çoxdan məlumdur. Latın Amerikasında, xüsusən də Braziliyada, hələ əsrlər əvvəl bu bitkinin hissələrindən psixoaktiv maddələrin hazırlanmasında istifadə olunub.
© virtualaz.org
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
2 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
4 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
5 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

























