SOCAR Birləşmiş Ərəb əmirliklərinin şirkətilə müqavilə imzalayıb
“AD Ports Group” quruda və dənizdə logistikanın modernləşdirilməsində SOCAR-a kömək edəcək“AD Ports Group”un (BƏƏ) dəniz nəqliyyatı və əməliyyat klasterinə daxil olan “Safeen Group” ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Azərbaycanın dəniz və gəmiçilik sektorlarının bir sıra sahələrində əməkdaşlığın nəzərdə tutulduğu Anlaşma Memorandumu imzalanıb.
"Safeen Group"un yaydığı məlumatda bildirilir ki, sənəddə quruda və dənizdə logistikanın modernləşdirilməsinə dəstək, külək enerjisi layihələrinə xüsusi diqqətin yetirilməsi, bərpa olunan enerji mənbələri sahəsində Azərbaycanın hədəflərinin təşviqi məsələləri yer alıb.
Sövdələşmənin şərtlərinə əsasən, hər iki tərəf Azərbaycanda dəniz landşaftını yaxşılaşdırmaq, geniş spektrli dənizçilik və logistika xidmətləri göstərmək üçün öz güclü tərəflərindən və təcrübəsindən istifadə etməyə çalışır. Buraya infrastrukturun inkişafı, neft və neft məhsullarının, digər yüklərin daşınması daxildir.
“Safeen Group”un baş direktoru Əmmar Əl Şeyba bildirib ki, müqavilə dənizçilik və gəmiçilik sektorunda perspektivli, çoxşaxəli əməkdaşlıq üçün yeni imkanlar açır: “Azərbaycanın strateji mövqeyi və SOCAR-ın təcrübəsi regionda dəniz xidmətlərinin, infrastrukturun və logistikanın inkişafı üçün dinamik platforma olacaq. Bundan əlavə, coğrafi əhəmiyyətə malik olan bu regionda ticarət dəhlizlərinin daha da inkişafına şərait yaradacaq”.
SOCAR-ın vitse-prezidenti Əfqan İsayev isə vurğulayıb ki, “Safeen Group” ilə əməkdaşlıq Azərbaycanın dənizçilik imkanlarının genişləndirilməsi üçün böyük potensiala malikdir: “Bu tərəfdaşlığın ölkəmizin dəniz sənayesinin inkişafına töhfə verəcəyini, dənizdə və quruda külək enerjisi layihələrinin həyata keçirilməsini sürətləndirəcəyini gözləyirik. Biz qlobal enerji təchizatı zəncirində çox mühüm hissə kimi Xəzər dənizinin tam potensialından istifadə etmək üçün birgə güclərimizdən istifadə etməyi səbirsizliklə gözləyirik”.
Şirkətin məlumatına görə, bu sənəd “AD Ports Group” və onun Mərkəzi Asiya regionundakı törəmə şirkətləri arasında imzalanmış razılaşmaların davamı kimi, enerji resurslarının dünya bazarlarına nəqlinin səmərəliliyini artırmaq, eyni zamanda müxtəlif regionları birləşdirən və iqtisadi artımı stimullaşdırmaq kimi strateji prioritetlərlə bağlıdır: “Gürcüstan, Qazaxıstan və Türkiyə arasında strateji kəsişmədə yerləşən Azərbaycan Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən "Safeen Group" üçün əsas inkişaf regionuna çevrilmək potensialına malikdir”.
Qeyd edək ki, tamamilə dövlətə məxsus milli neft və qaz nəhəngi olan SOCAR Xəzər dənizinin Azərbaycan sektorunda neft və təbii qaz hasil edir. Neft, qaz və neft məhsullarının daşınması və marketinqi ilə məşğul olmaqla Azərbaycanın iqtisadi inkişafında da həlledici rol oynayır.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 8 saat sonra
-
- 4 saat sonra
-
12 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
13 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
13 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb

















.jpg)






.jpg)
