Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rusiya Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq

AzVak-mobil_resmin_ustu_31
Rusiya Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq
iç səhifə xəbər şəkil altı (mobil)_32

Sabah Rusiya Mərkəzi Bankı növbəti faiz qərarını açıqlayacaq.

Marja.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının uçot dərəcəsini 1,00 faiz bəndi də artıraraq 13%-dən 14%-ə qaldıracağı gözlənilir.

Qərar Bakı vaxtı ilə saat 14:30-da ictimaiyyətə açıqlanacaq.

Sentyabrın 15-də keçirilən iclasda Rusiya Mərkəzi Bankının İdarə heyəti uçot dərəcəsini 1,00 faiz bəndi artıraraq illik 12%-dən 13%-ə yüksəldib. 

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini iyul ayında illik 7,5%-dən 8,5%-ə qaldırmışdı. Avqustda isə dollar 100 rubl həddini keçdikdən sonra növbədənkənar iclasda uçot dərəcəsini 3,50 bənd artıraraq 12%-ə çatdırmışdı.

Rusiya Mərkəzi Bankı inflyasiyanın sürətlənməsi və rublun ucuzlaşması fonunda sərt pul siyasəti aparır.

Son günlər Rusiyada Dollar və Avro ucuzlaşıb. Dolların qiyməti 93 rubl səviyyələrinə düşüb.

26.10.2023 13:15
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 4-cü_19