Şirkətlər qrupu fermerlərdən 47 milyon manatlıq məhsullar alıb
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) bu ilin 10 ayı ərzində fermerlerdən 45 min tondan artıq, təxminən 47 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu alıb.
Marja xəbər verir ki, Şirkətlər Qrupu bu məhsulları öz satış nöqtələri olan “Araz” və “OBA” market şəbəkələrində təqdim edib.
“Veysəloğlu” hal-hazırda müxtəlif regionlar üzrə 170-dən çox fermerlə əməkdaşlıq edir. Fermerlərdən birbaşa alınan məhsullar içərisində soğan, kök, kartof, sarımsaq, şaftalı, gavalı, alma, armud və gilas üstünlük təşkil edir.
Şirkətlər Qrupu bu fəaliyyətini 2021-ci ildən “Tarladan rəfə” konsepti üzrə həyata keçirir. Fermerdən birbaşa satınalma fəaliyyətinə qrup ilkin mərhələdə Şəki-Zaqatala, Gəncə-Qazax, Aran iqtisadi rayonlarında başlayıb.
2023-cü ildə isə “Şəmkir Aqroparkı”nda Veysəloğlu Şirkətlər Qrupu üçün xüsusi məhsul qəbulu məntəqəsinin yaradılması həmin regiondakı fermerlərin işini asanlaşdırıb.
Bu il ölkənin önəmli istehsal bölgələrində soyuq depoların sayını artıraraq, Mingəçevir və Salyanla yanaşı, Xaçmaz bölgəsində də saxlama məntəqəsi yaradılıb və pomidor istehsalçıları ilə əldə edilən razılaşmaya əsasən məhsul yığımı həyata keçirilib.
“Fermerdən vasitəsiz alınan məhsulların qiyməti və yerli dad üstünlüyünü istehlakçılar asanlıqla fərqləndirə bilərlər. İstehlakçıları yerli ərzaq məhsulları ilə təmin etmək məqsədi daşıyan bu addımımızla yerli fermerlərin inkişafını da dəstəkləyirik. Şirkətin dayanıqlı inkişaf fəaliyyətlərindən olan bu istiqamət əhalini uyğun qiymətə təbii məhsullarla təmin etməklə yanaşı, ölkənin əkinçilik potensialının tam olaraq üzə çıxarmağa və kiçik və orta təsərrüfat subyektlərinə dəstək olmağa yönəlib” – bunu Veysəloğlu Şirkətlər Qrupunun Biznesə Dəstək üzrə direktoru Anar Cümşüdov bildirib.
“Veysəloğlu” nümayəndəsi əlavə edib ki, qurulmuş “soyuq zəncir” istehsalçıların məhsulunu satmaq üçün vaxt və pul sərf edərək Bakıya gəlməsinə ehtiyac qoymur. Öz məhsullarını “Veysəloğlu” regional depolarına çatdırmaqla, məhsullarının ölkə üzrə “Araz” və “OBA” marketlərində satışına nail olurlar.
Veysəloğlu Şirkətlər Qrupu bu ilin sonunadək əməkdaşlıq etdiyi fermerlərin sayını 200-ə çatdırmağı planlaşdırır. Həmçinin ilin sonuna qədər təsərrüfat sahiblərindən birbaşa alışların 60 min tona çatdırılması proqnozlaşdırılıb.
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
18 d. əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
9 saat əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
-
9 saat əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
10 saat əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 10 saat əvvəl
-
15 saat əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
- 15 saat əvvəl
-
15 saat əvvəl
İran müharibəsi kimyəvi pestisid və gübrə qiymətlərinə də təsir etməyə başlayıb
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
Azərbaycan neftinin son qiyməti
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
FED ardıcıl üçüncü il zərər açıqlayıb























