Azərbaycan və Rusiya ixrac olunan məhsulların müayinə tezliklərinin azaldılmasını müzakirə edib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.
Görüş Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun 2021-ci ildə Rusiyaya səfəri zamanı imzalanan “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında bitki karantini sahəsində informasiya sistemlərinin inteqrasiyasına keçidə dair Protokol”un icrasının təmin edilməsi, o cümlədən qarşılıqlı əməkdaşlıq çərçivəsində qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələrində birgə görülən işlərin müzakirəsi və müvafiq tədbirlərin həyata keçirilməsinin təşkili məqsədini daşıyıb.
Görüş zamanı müvafiq sənədlərdən irəli gələn məsələlərə uyğun olaraq, transsərhəd heyvan xəstəliklərinə qarşı mübarizənin təşkili, dabaq xəstəliyinin SAT-2 tipi üzrə Rusiyada istehsal edilən vaksinin ölkəmizdə tətbiqi, fitosanitar nəzarəti sahəsində sistemlərin ekvivalentliyinin tanınması əsasında ixrac olunan məhsulların müayinə tezliklərinin azaldılması və qida məhsullarının istehsal edildiyi obyektlərin təsdiq sisteminin ekvivalentliyinin tanınması müzakirə olunub.
AQTA sədri iki ölkənin müvafiq qurumları arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələrində həyata keçirilən tədbirləri və onların əhəmiyyətini diqqətə çatdırıb. O cümlədən transsərhəd heyvan xəstəlikləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün birgə fəaliyyətin zəruriliyini vurğulayıb. Bu sahədə əlaqələrin gücləndirilməsinin və bioloji təhlükəsizliyin təmin olunmasının vacibliyini önə çəkib.
"Rosselxoznadzor"un rəhbəri iki qurum arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti sahələrində əməkdaşlığın hazırkı vəziyyətini müsbət qiymətləndirərək müvafiq sahələrdə görülən işlərin hər iki ölkənin ticarət dövriyyəsinin artırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Sonda iki qurum arasında əməkdaşlığın daha da gücləndirilməsi, o cümlədən transsərhəd heyvan xəstəlikləri ilə mübarizə sahəsində işlərin genişləndirilməsi məqsədəuyğun hesab edilib və görüşün yekunlarına dair protokol imzalanıb.
Qeyd edək ki, səfər çərçivəsində S.Dankvertin digər görüşləri, eləcə də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna baş çəkməsi və laboratoriyaların işi ilə tanış olması da nəzərdə tutulub.
"Rosselxoznadzor"un rəhbərinin ölkəmizə səfəri noyabrın 18-də başa çatacaq.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
- 10 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















