"Unicapital"dan bazarların həftəlik analitikası
"Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi bazarların həftəlik analitikasını təqdim edir:
Daxili bazar
Ötən həftə Azərbaycanda inflyasiya məlumatı açıqlanıb. İnflyasiya göstəricisi olan istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 10.2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 11,4%, qeyri-ərzaq məhsulları üzrə 9,5%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 9,1% artıb.
Azərbaycanda iqtisadi artım tempi azalıb. Belə ki, Ümum Daxili Məhsul artımı 0.8%-dən 0.5%-ədək geriləyib.
14 noyabr tarixində AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 2 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Hərracda tələb təklifi 2.7 dəfədən çox üstələmiş, orta ölçülmüş gəlirlilik 8.02%, kəsmə gəlirlilik isə 8.20% olmuş, 90 milyon AZN yerləşdirilmişdir. Xatırladaq ki, oktyabr ayında 2 illik istiqrazların yerləşdirilməsi üzrə hərracda orta ölçülmüş və kəsmə gəlirlilklər, müvafiq olaraq, 8.22% və 8.40% olmuşdu.
Bu həftə AR Maliyyə Nazirliyinin 90 milyon AZN həcmində 1 illik istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Oktyabr ayında 80 milyon AZN həcmində 1 illik istiqraz hərracı 7.90% orta ölçülmüş və 8% kəsmə gəlirliliklə nəticələnmiş, 120 milyon AZN yerləşdirilmişdir.
AR Mərkəzi Bankının notlarının gəlirliklərində azalma müşahidə edilir. Ötən həftə 6 aylıq notlarda orta ölçülmüş gəlirlilik 7.68%, 9 aylıq notlarda isə 7.84% olmuşdur.
Qlobal bazar
Ötən həftə ABŞ-da inflyasiya məlumatı açıqlanıb. İstehlak qiymətləri indeksi azalaraq 3.7%-dən 3.2%-ə (illik əsasda) düşmüşdür. Analitiklərin gözləntisi illik inflyasiyanın 3.3% olacağı idi. Oktyabrda aylıq inflyasiya isə 0.0% olub (sentyabr ayı üzrə bu göstərici 0.4% idi).
Avrozonada ilkin hesablamalara görə cari ilin 3-cü rübünün sonuna illik iqtisadi artım gözləntilərə uyğun olaraq 0.1% olmuşdur.
Ötən həftə, həmçinin, Avrozonada oktyabr ayına olan yekun illik inflyasiya məlumatı açıqlanıb. İllik inflyasiya oktyabr ayında 2.9% olub.
23 noyabr tarixində Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Faizlərin artırılaraq 35%-dən 37.5%-ə dəyişdiriləcəyi proqnoz edilir.
Həftəlik analitikanı "Unicapital İnvestisiya Şirkəti" ASC-nin Portfel idarəçiliyi şöbəsi təqdim etdi.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 8 saat əvvəl
-
-
12 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
12 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
12 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
























