“AFB Bank”-ın rəhbərliyində yeni təyinatlar
“AFB Bank” ASC-nin rəhbərliyində dəyişiklik baş verib.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Elnur Qurbanov “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib.
1998-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" fakültəsindən məzun olmuş Elnur Qurbanov 1999 – 2002-cı illərdə “KPMG Azerbaijan”, 2002 – 2017-ci illərdə Deloitte şirkətinin Bakı, Moskva və Minsk ofislərində müxtəlif vəzifələrdə çalışıb. 2008-2017-ci illərdə Deloitte şirkətinin MDB üzrə partnyoru olub. Elnur Qurbanov 2003-cü ildən Londonda yerləşən Beynəlxalq Mühasiblər Assosiasiyasının fəxri üzvüdür. O, “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri vəzifəsində Vüsal Eynullayevi əvəz edib. V.Eynullayev isə “Gilan Holdinq” MMC-də maliyyə məsələləri üzrə məsul şəxs təyin olunması ilə əlaqədar “AFB Bank” ASC-də fəaliyyətini bundan sonra Müşahidə Şurasının üzvü kimi davam etdirəcək.
Bundan başqa, Zaur Qaraisayev “AFB Bank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinin icrasına başlayıb.
1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Mühasibat uçotu və audit" fakültəsini bitirmiş Z.Qaraisayev bank sektorunda 1998-ci ildən fəaliyyət göstərir. 2002 - 2017-ci illərdə “Bank of Baku” ASC-də müxtəlif rəhbər vəzifələrdə, o cümlədən 2010-cü ildən İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2017-ci ilin yanvar ayından "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müşaviri olub.
28 noyabr 2008-ci il tarixində Azərbaycan Mərkəzi Bankının 253 saylı lisenziyasını almış “AFB Bank” ASC 2009-cu ilin fevralından fəaliyyətdədir. “AFB Bank” ASC-nin xidmət şəbəkəsi mərkəzi ofisdən başqa 10 filialı, 3 şöbəni, 1 mübadilə şöbəsini və 50 ATM-i özündə birləşdirir.
Qeyd edək ki, indiyədək “AFB Bank”ın Müşahidə Şurasının sədri Vüsal Eynullayev idi. O, təxminən 2 ay əvvəl bu vəzifəyə təyin edilmişdi. İdarə Heyətinin sədri vəzifəsini isə Aydın Hüseynov icra edirdi.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Sabahdan WUF13 zolaqlarına daxil olan avtomobillər cərimələnəcək
-
7 saat əvvəl
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
-
7 saat əvvəl
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
-
7 saat əvvəl
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azercell fərdi və korporativ müştəriləri üçün rəqəmsal imkanları genişləndirir
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Çin Boeing-dən 200 təyyarə sifariş edəcək
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Mərkəzi Bank kredit təşkilatının lisenziyasını ləğv etdi - Bankın BOKT-a çevrilməsi baş tutumadı
Bütün lisenziyalı investisiya şirkətləri artıq AKBA-da təmsil olunur
Ən çox oxunanlar
Tikinti şirkəti daşınmaz əmlak agentliyilə müqavilə imzalayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Unibank”da yığıncaq keçiriləcək, 3 məsələ müzakirə ediləcək
Lizinq şirkəti bank olmayan kredit təşkilatı yaradır
Yeni Dövlət Agentliyi yaradıldı- FƏRMAN






.jpg)







.jpg)








