ADA Universiteti İtaliya universiteti ilə birgə Şəkidə Dizayn və memarlıq fakültəsinin açılışını edib
Fakültənin akademik portfelinə memarlıq, şəhərsalma, o cümlədən interyer dizaynı, kommunikasiya dizaynı, məhsul dizaynı və landşaft dizaynı sahələrində bakalavr, magistr və sertifikat proqramları daxildir.Noyabrın 27-də ADA Universiteti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Şəkidə Milan Politexnik Universiteti ilə birgə Dizayn və memarlıq fakültəsinin açılışını edib.
Tədbirdə yüksək vəzifəli rəsmilər, dövlət, özəl və akademik qurumların təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və Milan Politexnik Universitetinin nümayəndə heyəti iştirak ediblər.
Fakültənin açılış mərasimi görkəmli Azərbaycan maarifçisi Firudin bəy Köçərlinin ömür-gün yoldaşı Badisəba xanımın Şəki əhalisinə xidmət göstərdiyi keçmiş uşaq evində - Zülfüqarovların malikanəsində, ADA icması üçün ilham mənbəyi olan məkanda keçirilib. Məsləkcə müəllim olan Badisəba xanım 400-dən çox kimsəsiz uşağın tərbiyəsində göstərdiyi xidmətlərə görə Şəkidə daha çox “Badisəba ana” adı ilə tanınıb.
Tədbir Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun salamlama nitqi ilə başlayıb.
ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd və Milan Politexnik Universitetinin professoru Silviya Ferraris ADA Universitetinin regionallaşma strategiyası və yeni Dizayn və memarlıq fakültəsinin gələcək planları haqqında geniş təqdimatla çıxış ediblər.
Tədbir ADA Universitetinin rektoru Hafiz Paşayev, elm və təhsil naziri Emin Əmrullayev və mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə panel müzakirəsi ilə davam edib. Paneldə, həmçinin Azərbaycan Turizm Agentliyinin rəhbəri Fuad Nağıyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva da iştirak ediblər.
Panel müzakirəsində çıxış edən rektor Hafiz Paşayev bildirib: “Bu, bizim üçün əlamətdar gündür. Bu gün təkcə yeni fakültənin açılışı ilə bağlı deyil, bu gün həm də icma quruculuğuna göstərdiyimiz xidmətlə bağlı gündür. Bu gün irs, memarlıq və təhsildən ibarət trionun simfoniyasından bəhs edir.
ADA Universiteti vaxtilə kampusunu Bakı şəhərində Azərbaycan irsi və mədəniyyətindən ilhamlanaraq tikib. Beynəlxalq əməkdaşlıq əsasında qurulan bu yeni fakültənin xüsusən Şəkidə, tarixi Zülfüqarovların malikanəsində istifadəyə verilməsi ilə biz irsin dirçəldilməsi istiqamətində yeni bir səhifə açırıq. Bu, bizim ölkəyə göstərdiyimiz xidmətin təcəssümüdür”.
Qeyd olunub ki, fakültənin açılması beynəlxalq əməkdaşlığın və Milan Politexnik Universiteti tərəfindən aparılan ətraflı ilkin araşdırmanın nəticəsidir. Fakültənin akademik proqramları şəhər quruculuğunun icma quruculuğu ilə bərabər səviyyədə olan əhəmiyyətini ön planda tutaraq ölkədə memarlıq, şəhərsalma və dizayn sahəsinə yeni baxış gətirəcək. Fakültənin akademik portfelinə memarlıq, şəhərsalma, o cümlədən interyer dizaynı, kommunikasiya dizaynı, məhsul dizaynı və landşaft dizaynı sahələrində bakalavr, magistr və sertifikat proqramları daxildir.
Bildirilib ki, bu fakültənin regionda fəaliyyətə başlaması həm də Qazax-Şəki-Gəncə trayektoriyasını özündə əks etdirən ADA Universitetinin regionlaşma strategiyasının tərkib hissəsidir. İtaliya memarlığının konservasiyası və modernləşdirilməsi sahəsində geniş təcrübəsindən bəhrələnən və ADA Universitetinin tarixi binaları bərpa etmək və onları təhsil institutuna çevirmək missiyasını özündə birləşdirən fakültə təhsil sahəsində “miras dirçəlişi”nin çırağı və beynəlxalq əməkdaşlığın simvolu olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
1 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
2 saat əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
3 saat əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
3 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza






















