Əhali və biznes bankların 667 milyon manat kreditini gecikdirir

Kommersiya banklarının qeyri-işlək kreditlərinin strukturu barədə məlumatları açıqlayıb.
Marja.az-ın Mərkəzi Bankın aylıq statistikasına əsasən apardığı hesablamaya görə, 31 oktyabr 2023-cü il tarixində bankların 22 milyard 459 milyon 711 min manat cəmi kredit portfelinin 666,6 milyon manatını və ya 3%-ni qeyri-işlək kreditlər təşkil edib. Sentyabrın sonunda bankların cəmi kredit portfeli 22 milyard 281 milyon 880 min manat, qeyri-işlək kreditlərin məbləği 770,2 milyon manat (3,5%) təşkil etmişdi.
O cümlədən, Oktyabr ayının sonunda əhalinin götrdüyü kreditlər olan - 6 milyard 751 milyon 334 min manat istehlak kreditlərinin 202,2 milyon manatı (3%-i), 3 milyard 461 milyon 989 min manat ipoteka kreditlərinin 37,6 milyon manatı (1,1%-i) qeyri-işlək kreditlər olub.
Oktyabrın sonunda 12 milyard 246 milyon 386 min manatlıq biznes kreditlərinin 426,7 milyon manatını və ya 3,5%-ni qeyri-işlək kreditlər təşkil edib.
Prudensial yanaşmaya əsasən, qeyri-işlək kredit dedikdə əsas borc və ya faiz borcu üzrə 90 gündən yuxarı gecikmədə olan kreditin əsas məbləği nəzərə alınır.
Qeyd edək ki, Oktyabrda "Muğanbank" ASC-nin lisenziyasının ləğv edilməsi kredit rəqəmlərinə təsir edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 7 saat sonra
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Prezident İlham Əliyev Kopenhagendə Niderlandın Baş naziri ilə görüşüb
-
9 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Mərkəzi Bankın sədri Zakir Nuriyevi qəbul edib, 65 illik yubileyi münasibətilə təbrik edib
Ən çox oxunanlar

"Bolt Food" Azərbaycanın daha 2 şəhərində xidmət göstərməyə başlayıb

BOKT Qazaxda filialını açır

ABB mobile indi daha dinamik, əyləncəli və qazanclı!

445 MVt gücündə Günəş Elektrik Stansiyası - ilk panelin quraşdırılması mərasimi keçirilib

“PAŞA Real Estate” və “ADA” Universiteti gələcək istedadların inkişafında birgə fəaliyyət göstərir
