"Marketlər şirkətlər ilə istədikləri kimi davranır, istənilən vaxt onları şəbəkədən çıxara bilirlər"
Azad İstehlakçılar Birliyi Nazirlər Kabinetinə marketlərlə təchizatçılar arasında münasibətləri tənzimləyən bir hüquqi sənədin hazırlanması ilə bağlı dəfələrlə müraciət ünvanlayıb. Təəssüf ki, hazırda belə bir sənədin mövcud olmaması səbəbindən marketlər təchizatçılarla istədikləri kimi davranır, istənilən vaxt onları şəbəkədən çıxara bilirlər.
Marja.az xəbər verir ki. bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseyov bildirib.
O qeyd edib ki, hətta bəzi marketlər təchizatçılara olan külli məbləğdə borcları vaxtında qaytarmır:
"Belə olan təqdirdə istehsalçılar həmin vəsaitdən öz müəssisələrinin inkişafı üçün istifadə edə bilmirlər. Belə qaydaların olmamasına görədir ki, hazırda bazarda ət və ət məhsullarının satışı ilə bağlı böyük xaos hökm sürür. Az qala, addımbaşına istehlakçıların hüquqlarının pozulması, onların aldadılması hallarına rast gəlinir. Bütün keyfiyyətsiz məhsulların həyatımızda mənfi izləri vardır. Yeri gəlmişkən, Hippokrat deyirdi ki, biz nə yeyiriksə, oyuq. Yediyimiz qidaların içində ət və ət məhsullarının payı çox olduğundan onların keyfiyyətinə xüsusi diqqət yetirilməlidir. Düşünürəm ki, hökumət bu sahədə ciddi iş aparmalı, xüsusən də AQTA-nın əsasnaməsinə dəyişiklik edilməlidir. glkədə təhlükəli ətlərin kolbasa və sosiska məhsulları istehsalı müəssisələrinə, dönərxanalara gedən yolu bağlanmalıdır. Düzdür, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi regionlardan paytaxta gətirilən at, eşşək və ya ölmüş heyvanların ətlərinin Bakıya daşınması hallarını ifşa edir, ekspertiza aparır, cinayət işi açır, adamlar həbs olunur. Eyni zamanda, Azad İstehlakçılar Birliyi də 30 ilə yaxındır ki, anormal vəziyyəti izləyir, bu yolları təqib etməyə çalışır. Lakin bu sahədə lazımi nəticə əldə edilmir. Bütün hallarda istehlakçılar bazarda keyfiyyətsiz ət və ət məhsulları ilə rastlaşdıqda mütləq Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməlidirlər".
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)


.jpg)








